AzTU

Haqqımızda

Haqqımızda

UniClaD Logo (1)

Layihənin adı: İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması layihəsi (UniClaD)
 
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE
 
Qrant nömrəsi: 609944-EPP-1-2019-1-LT-EPPKA2-CBHE-JP
 
İcra müddəti: 15/01/2020- 19/11/2024
 
Layihənin əsas məqsədi: Aqro-sənaye klasterlərinin əsas hissəsi kimi universitetlərin potensialının inkişaf etdirilməsi, aqro –sənaye klasterlərin formalaşdırılması və uğurla fəaliyyət göstərməsinə ilkin şərt kimi innovasiya mərkəzlərinin yaradılması ilə universitet-sənaye işbirliyinə nail olmaqdır.
 
İnternet səhifə: http://uniclad.net/
 
AzTU İnternet səhifə: https://www.aztu.edu.az/sub_site/az/beynelxalq-elaqeler-90/page/UniClaD-833
 
AzTU-nun vəzifələri: 
• Avropanın klaster təcrübəsinin öyrənilməsi.
• Dəyər zəncirin işlənib hazırlanması: magistr -PhD- tədqiqatçı əsas tərəf kimi və tədqiqatçı –layihəçi- icraçı köməkçi tərəf kimi;
• Hər bir tərəfin qalib mövqedə qalması prinsipi əsasında biznesin, klasterlərin strukturunda yerli icra hakimiyyətləri, elm və təhsil sahələri ilə əməkdaşlığa həssaslığının artırılması;
• Biznes, elm və təhsilin klasterlər daxilində işləməsi üçün potensialın artırılması (magistratura və doktorantura üzrə təhsil proqramına daxil edilən xüsusi təlimlər və xüsusi modullar vasitəsilə);
• Klasterlər daxilində yerinə yetirilən fəaliyyətlərin əsası kimi universitetlərdə xüsusi konstruktiv tədbirlərin yerinə yetirilməsi;
• Tədqiqatların, disertasiya işlərinin və tələbələrin magistr işlərinin praktiki dəyərinin, eləcə də tələbələrin iş qabiliyyətlərinin artırılması;
• Dayanqılılıq prinsiplərinə görə innovasiyaların aqro-sənaye instehsalatına daha yaxşı inteqrasiya olunması üçün şəraitin yaradılması.

AzTU tərəfindən görülmüş işlər:

• Klasterlərin fəaliyyəti, rolu, vəzifələri, hüquqi təsisi, maliyyələşdirmə mexanizmləri haqqında İspaniya, İtaliya, Litva, Polşa, Macarıstan təcrübəsi öyrənilmişdir

• Azərbaycan Texniki Universitetində gələcəkdə İnnovativ Texnologiyalar Klasterinin bazası olacaq İnnovativ Texnologiyalar Mərkəzi yaradılmışdır:

• İnnovativ Texnologiyalar Mərkəzinin əsasnaməsi hazırlanmış və elmi şurada təsdiq edilmişdir.

• İnnovativ Texnologiyalar Mərkəzi üçün müvafiq avadanlıq alışı icra edilmiş və Universitetə çatdırılmışdır.

• Aqrar İnnovasiya Mərkəzi ilə sıx əməkdaşlıqda Yem Kalkulyatoru pilot layihəsi işlənilmiş və heyvandarlıqla məşğul olan fermerlərin istifadəsinə verilmişdir. 

• Azərbaycan Texniki Universitetindən 6 nümayəndə Litva və Macarıstanın aqrar sahədə informasiya texnologiyaların tətbiqi üzrə mövcud klasterlərin təcrübəsi ilə yaxından tanış olmuşlar.

• Klasterlərin yaradılması üzrə təlimatın hazırlanması istiqmətində işlər yerinə yetirilir.

• Magistr və Doktoranturada onlayn kursların yaradılması üçün hazırlıqlara başlanılıb.

• Ümumilikdə 7 tələbə olmaqla Avstriyanın Viena şəhərində 1 aylıq tələbə mobillik proqramında iştirak edib.

Klasterlərin Azərbaycanda İnkişafı üzrə Qanunvericilik Çərçivəsi

1. Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər
2. Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası
3. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnaməsi
4. KOB Klasterlərin yaradılması Meyarları

Klasterlərin Avropa Təcrübəsi

İtaliya Təcrübəsi
Litva Təcrübəsi
Polşa Təcrübəsi
Macarıstan Təcrübəsi
İspaniya Təcrübəsi 1
İspaniya Təcrübəsi 2
Avstriya Təcrübəsi 1
Avstriya Təcrübəsi 2
Avstriya Təcrübəsi 3
Avstriya Təcrübəsi 4
  • Haqqımızda
  • Layihələr
  • İnnovativ Texnologiyalar Mərkəzi
  • Əməkdaşlıq
  • Klasterlərin Avropa Təcrübəsi

H. Javid Avenue 25, Baku, Azerbaijan AZ 1073 Azerbaijan Technical University.

Phone: (+994 12) 538-33-83
Hotline: (+994 12) 539-13-05
Email: aztu@aztu.edu.az

Copyright Ⓒ 2022 - 23 Azerbaijan Technical University. All Rights Reserved.