AzTU-ya növbəti 5 il üçün akkreditasiya sertifikatı verilib

Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən Azərbaycan Texniki Universiteti (AzTU) növbəti 5 il üçün ali təhsil müəssisəsi kimi akkreditə olunub.
Şuranın qərarına əsasən Universitet 33 ixtisas üzrə həm bakalavriat, həm də magistratura səviyyələrində kadr hazırlığı hüququ əldə edib.
Qeyd edək ki, AzTU növbəti 5 ildə öz tələbələrinə həmin ixtisaslar üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququna malikdir.