AzTU Beynəlxalq Biznes Məktəbi

AzTU Beynəlxalq Biznes Məktəbi Elmi şuranın 21 aprel 2022-ci il tarixli qərarına əsasən yaradılıb.

AzTU Beynəlxalq Biznes Məktəbinin fəaliyyət missiyası Azərbaycanda əmək bazarının tələblərinə uyğun  olaraq texnika və biznes sahəsində yeni tədris yanaşmasının tətbiqi və daimi təkmiləşdirilməsidir.

Tədris Azərbaycan və ingilis dillərində aparılır.

Beynəlxalq Biznes Məktəbinin nəzdində iki bölmə fəaliyyət göstərir:

· MBA (biznesin idarəedilməsi üzrə magistr) proqramı

· “SABAH Magistratura” proqramları

 

Beynəlxalq Biznes Məktəbinin təşkilatı strukturu