News

Ana səhifə Xəbərlər Xəbər

AzTU-nun prorektoru Türkiyədə beynəlxalq həftədə iştirak edib

2023-06-09
397
News

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Türkiyənin Uşak Universitetində beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib.

Artıq dördüncü ildir keçirilən tədbir bu il “Tədrisdə keyfiyyət təminatı və tədqiqat sahəsində əməkdaşlıq” mövzusuna həsr olunub.

15 ölkədən 65 nümayəndənin iştirak etdiyi beynəlxalq həftədə ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir çərçivəsində AzTU-nun prorektoru Fariz Məmmədov universitet haqqında geniş  təqdimatla çıxış edib.