News

Ana səhifə Xəbərlər Xəbər

LMQS layihəsi çərçivəsində işçi heyətin görüşü keçirilib

2023-06-24
346
News

“Erasmus +” proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi üzrə  işçi heyətin görüşü keçirilib.

Görüşdə layihə çərçivəsində görülmüş işlərin hesabatı verilib, gələcəkdə həyata keçiriləcək fəaliyyətlər üzrə planlaşdırma aparılıb.

Layihənin işçi heyətinin rəhbəri Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Həsən Hüseynov layihənin koordinatoru Qərbi Attika Universitetinin  nümayəndəsinin  ölkəmizə gözlənilən səfəri barədə iştirakçıları məlumatlandırıb.