28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi altında kafedranın müəllimləri Sənubər Həmidli və Aygül Xəlilova tərəfindən Xüsusi texnika və texnologiya, Metallurgiya və kimya texnologiya və İqtisadiyyat və idarəetmə fakültəsinin 1-ci kurs tələbələri üçün “28 May- Azərbaycan tarixində dönüş nöqtəsi” mövzusunda ingilis dilində debat təşkil olunub.
İki saat davam edən debat Azərbaycanın Dövlət Himni ilə başlayıb. Tədbir zamanı tələbələrə müstəqil Azərbaycanın tarixi inkişaf yolu, ölkənin quruculuğunda rolu olan şəxsiyyətləri barədə məlumat verilib.
Həmçinin tələbələr ingilis dilində danışıq və ictimai çıxış bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.
Tədbirin yekununda tələbələr öz yaradıcılıqlarını nümayiş etdirib, mövzu ilə bağlı pankartlar hazırlayıblar.
Sonda iştirakçılara sertifikat təqdim olunub.