News

Ana səhifə Xəbərlər Xəbər

AzTU-da “XXI əsrin dil bacarıqlarının dilin tədrisinə inteqrasiyası” mövzusunda vebinar keçirilib

2026-01-16
144
News

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “XXI əsrin dil bacarıqlarının dilin tədrisinə inteqrasiyası” mövzusunda vebinar keçirilib.

Vebinar çərçivəsində keçirilən təlimlərdə Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova dilin tədrisi metodikasında yeni yanaşma metodları ilə bağılı ətraflı məlumat verib.

Həmçinin kafedranın gənc müəllimləri Aytac Hacıyeva, Təbərrük Cahangirli, Elmira Hüseynova çıxış edərək mövzu ilə bağlı  müasir dövrdə dilin tədrisi metodikasında yeni yanaşma metodları, interaktiv tədris platformaları və bu sahədəki yeniliklər barədə məlumat verib.