News

Ana səhifə Xəbərlər Xəbər

AzTU tələbələri Prezident Kitabxanasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan sərgini ziyarət edib

2026-02-26
53
News

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin bir qrup tələbəsi Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə “Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgini ziyarət edib.

Fotosərgi dünyaşöhrətli fotojurnalist Reza Deqatinin Xocalı faciəsini və müharibənin acı nəticələrini əks etdirən müəllif fotolarından ibarət olub. Sərgidə yer alan sənədli görüntülər faciənin dəhşətlərini dünyaya çatdıran tarixi sübutlar kimi təqdim olunub.

Sərgidə tələbələri Xarici dillər kafedrasının dosenti Xatirə Məmmədova-Rəhimova müşayiət edib.