News

Ana səhifə Xəbərlər Xəbər

SABAH qrupları tələbələri ilə ingilis dili üzrə “Jeopardy” oyunu keçirilib

2026-03-19
54
News

AzTU-nun SABAH qrupları tələbələri ilə ingilis dili dərsi çərçivəsində “Jeopardy” formatında interaktiv oyun təşkil olunub. Fəaliyyət Xarici dillər kafedrasının ingilis dili müəllimi Günel Vənətizadə tərəfindən həyata keçirilib.

Oyun ingilis dilinin müxtəlif sahələrini, o cümlədən qrammatika, söz ehtiyatı və dil funksiyalarını əhatə edib. Oyun zamanı tələbələr komandalara bölünərək müxtəlif çətinlik səviyyəsində olan suallara cavab veriblər.

Bu fəaliyyət tələbələrin komanda işini və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edib. Tələbələr mümkün cavabları müzakirə edərək fikirlərini əsaslandırıblar.

“Jeopardy” oyunu dərsə rəqabətli və motivasiyaedici mühit qataraq əvvəl öyrənilmiş mövzuların maraqlı şəkildə təkrar edilməsinə şərait yaradıb.