News

Ana səhifə Xəbərlər Xəbər

Xarici dillər kafedrası Novruz bayramı münasibətilə interaktiv dərs təşkil edib

2026-03-16
112
News

Azərbaycan Texniki Universitetində (AzTU) Novruz bayramı münasibətilə Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi ilə kafedranın müəllimi Sənubər Həmidli “Novruz: A bond to the history of Turkic countries” mövzusunda ingilis dilində interaktiv dərs təşkil edib.

Tədbir çərçivəsində hazırlıq qrupunda təhsil alan əcnəbi tələbələrdən ibarət komandalar Novruz bayramının tarixi, adət-ənənələri və simvolları haqqında təqdimatlar hazırlayaraq mövzu ətrafında çıxış ediblər.

Təqdimat zamanı Novruzun tarixi əhəmiyyəti, qədim ənənələrin unudulmasının qarşısının alınması yolları, Azərbaycan və Türkiyədə bu bayramın keçirilmə tərzindəki fərqlər vurğulanıb.