News

Ana səhifə Xəbərlər Xəbər

Xarici dillər kafedrası tələbələr üçün “Qələbə Yolu: Fədakarlıqdan Qürura” mövzusunda debat təşkil edib

2025-11-07
184
News

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi ilə kafedranın müəllimləri Sənubər Həmidli, Aygül Xəlilova, Solmaz Cəfərquliyeva və Aytac Hacıyeva tərəfindən İnformasiya texnoogiyaları və telekommunikasiya fakültəsinin bir qrup tələbələri üçün “Qələbə Yolu: Fədakarlıqdan Qürura” mövzusunda ingilis dilində debat təşkil olunub.

Debat Azərbaycanın Dövlət Himni ilə başlayıb.

Tələbələrə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər haqqında ətraflı məlumat verilib, gənclər həmçinin arqumentasiya bacarıqlarını inkişaf etdirmək və eyni zamanda ingilis dilində danışıq və ictimai çıxış bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər. Debat zamanı 6324e qrup tələbələri Zəfər Günü münasibətilə xüsusi hazırladıqları yaradıcı təqdimatları nümayiş etdirib. Həmçinin tələbələr öz yaradıcı bacarıqlarından yararlanaraq mövzu ilə bağlı pankartlar hazırlayıb. 
 
Sonda iştirakçılara sertifikat təqdim olunub.