Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “İngilis dili dərslərində şifahi nitqin inkişaf etdirilməsinin səmərəli yolları” adlı vebinar keçirilib.
Vebinar çərşivəsində keçirilən təlimlərdə Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova mədəniyyətlərarası kommunikativ səriştənin tətbiqi üzrə əsas hədəfi ümumiləşdirmək və xarici dillərin tədrisində mədəni şüurun və şifahi nitq bacarıqlarının əhəmiyyətini vurğulayıb.
Tədbirdə kafedranın ingilis dili müəllimləri Miranə Əfəndiyeva, Günel Vənədizadə, Solmaz Jafarquliyeva, Şəbnəm Surxayzadə xarici dilin tədrisində şifahi nitqin (danışıq və dinləyib-anlama) həlledici rol oynadığını bildirblər.