Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Kitabxana İnformasiya Mərkəzinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunur

Kitabxana İnformasiya Mərkəzinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunur

2024-01-25
616

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Vəzifə öhdəlikləri:

· Kitabxana sistemi və digər kitabxana texnologiyalarının gündəlik iş axışına nəzarət və dəstək, Web əsaslı kataloqu, kataloqlaşdırma və dövriyyə modulları və kompüter sistemlərinin səmərəli isitfadəsi üçün texniki dəstəyin təmin edilməsi;

· Kitabxananın digər şöbələrinin əməkdaşlarına mərkəzi sistem, kitabxana texnologiyaları, əməliyyat sistemləri (Windows, Mac və Linux) və digər ofis texnologiyalarının idarə edilməsində texniki dəstək;

· Kitabxana saytının qurulması, rəhbərlik, baş məsləhətçi tərəfindən edilən dəyişikliklərin icrası;

· OJS jurnal sisteminin vebsaytında dizayn dəyişikliklərinin həyata keçirilməsi;

· Repozitariya ilə bağlı tələblərin icrası və ümumiyyətlə elektron arxiv sistemləri və  rəqəmsallaşdırma texnologiyaları ilə işləmək;

· Kitabxana təhlükəsizlik sistemlərinin (RFİD) tətbiqi və menecmenti;

· Web texnologiyaları və web səhifələrinin nəzarətdə saxlanılması və dizayn işinin həyata keçirilməsi; 

· Elektron resurların – akademik databazalar, elektron kitablar və jurnallar istifadəsində yaranmış problemlərin həll olunmasını təmin etmək;

· Kitabxana texnologiyaları və İT sistemləri ilə əlaqədar təlimlərdə iştirak.

 Tələblər:

 · Komanda ilə və fərdi şəkildə işləmək bacarığı;

· Kitabxana və təhsil texnologiyalarının mövcud problemləri və meyarları haqqında anlayış və məsələlərə geniş prizmadan yanaşmaq bacarığı;

· Analitik düşüncə və problemləri həll etmə bacarıqlarının olması;

· Akademik kitabxanalarda beynəlxalq texnologiyanın üzləşdiyi tendensiyalar və məsələlər haqqında məlumatlı olması üstünlükdür.

Front-end proqramlaşdırma bacarıqları:

· JavaScript

· HTML və CSS

· Sass

· Xml

· Vite.js

· ReactJS

· MaterialUI

Back-end proqramlaşdırma bacarıqları:

· C#

· PHP (TPL)

· ASP.net

· Entity Framework

· Serilog

Verilənlər Bazası (Database) bacarıqları:

· MS SQL

· PostgreSQL

· MySQL

 Maraqlanan şəxslər müraciət üçün CV-ni " Kitabxana sistemləri və rəqəmsallaşdırılma üzrə aparıcı mütəxəssis " başlığı ilə cv@aztu.edu.az  elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 31.01.2024