Tələbə Gənclər Təşkilatı

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı tərəfindən 2005-ci il 15 fevral tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılıb.

Azərbaycan Texniki Universitetində Tələbə Gənclər Təşkilatı 2005-ci il tarixdə təsis edilib.

Tələbə Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir.

Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Əsasnaməsinə və tələblərinə, həmçinin təşkilatın Əsasnaməsinə uyğun fəaliyyət göstərir.

Təşkilatın emblemi, rəsmi məktub blankı və digər rekvizitləri vardır.

Təşkilatın əsas məqsədli dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Təşkilatın əsas vəzifələri:

• tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması;
• tələbələr arasında maarifləndirmə işinin aparılması;
• tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
• tələbələrin hüquqlarının təmin edilməsi;
• respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin inkişafının təmin edilməsi;
• tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
• tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi.

2005-ci ildə “Dövlət Gənclər Siyasəti” Proqramının yaradılması ilə bərabər ölkədə fəaliyyət göstərən bütün universitetlərdə tələbə özünüidarə qurumları yaradılmağa başladı. Tələbə Gənclər Təşkilatı”ları bütün universitetlərdə eyni zamanda yarandığına görə vahid nizamnaməyə malikdir. Ümumilikdə dövlət statuslu təşkilat olmaqla bərabər həm də müxtariyyətə malikdir. Bu təşkilata universitet hüdudlarından kənarda da fəaliyyət göstərməyə imkan verir.

Azərbaycan Texniki Universiteti (AzTU) bu baxımdan da istisna sayılmır. Ölkənin ən aktiv Tələbə Gənclər Təşkilatlarından biri də bu universitetdə fəaliyyət göstərir. Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatında yeni səhifə 19 may 2005 -ci ildə yazılıb. Yuxarıda göstərildiyi kimi, bütün universitetlərdəki təşkilatlar eyni nizamnaməyə malik olsa da, lakin Azərbaycan Texniki Universiteti bundan əlavə oturuşmuş daxili strukturunun olması və yüksək səviyyədə idarə olunma qabiliyyətli olması ilə bütün analoji təşkilatlardan fərqlənir. Beləki, daxili struktur sədrlik, idarəetmə sistemi (menecment) departamentlər və klublardan ibarətdir. Sədrliyə uyğun olaraq sədr və üç müavin daxildir.