Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-da Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan musiqili-bədii tədbir keçirilib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Aytən Qurbanova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cü il 23 fevral tarixli Sərəncamının əhəmiyyətini qeyd edib. AzTU-nun prorektoru Fariz Məmmədov tədbir iştirakçılarını salamlayaraq, poeziyamızın görkəmli nümayəndəsi kimi Səməd Vurğun irsinin Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli və AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev çıxış edərək, yüksək vətənpərvərlik duyğuları ilə zəngin Səməd Vurğun irsinin Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini bildiriblər. Şairin müəllifi olduğu şeirlərdə Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbətinin ifadə edildiyi, milli ideallara, azərbyacançılıq məfkurəsinə yüksək mənada bağlı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirin bədii hissəsində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri – Aşıq Avdı Musayev, beynəlxalq müsabiqələr qalibi, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına xorun solisti Mədinə Səlimova, Azərbaycan Mədəniyyəti Sosial Şəbəkə Platformasının icraçı direktoru Fərid Əzizli, ADMİU-nun tələbəsi Ceyran Abbaslı Səməd Vurğunun şeirlərinə bəstələnmiş musiqi nömrələri ilə çıxış ediblər. Daha sonra Səməd Vurğunun poeziya nümunələri Aytən Qurbanova, Həbib Mirzəyev, Canpolad Quliyev tərəfindən  səsləndirilib. Tədbirin sonunda gənc ifaçılara təşəkkürnamə təqdim edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 il ..

2026-04-27
AzTU

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının tələbəsi Kənan Rzayev və İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Fərid Mustafayevin həmtəsisiçisi olduqları “Tanz Technologies” MMC-nin “ChatX” startapı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startap” şəhadətnaməsinə layiq görülüb. “Startap” şəhadətnaməsi innovativ fəaliyyətlə məşğul olan mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulmuş rəsmi dövlət sənədidir. Məlumat üçün bildirək ki, “ChatX” startapı süni intellekt texnologiyalarına əsaslanan və müştəri xidmətlərini vahid platformada birləşdirən idarəetmə sistemidir. Startap bu statusu aldığı tarixdən etibarən innovasiya fəaliyyətindən əldə edilən gəlirlər üzrə 3 il müddətinə mənfəət və ya gəlir vergisindən azad olunur. Qeyd edək ki, “ChatX” startapı AzTU İnkubasiya Mərkəzinin "Startaplara dəstək" platformasının iştirakçısı olub.

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının tələbəsi Kənan Rzayev və İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Fərid Mustafayevin həmtəs ..

2026-04-27
AzTU

AzTU-da “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final turu keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə AzTU-da “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final turu keçirilib. Final turunda 90 şagird (1–10-cu siniflər) iştirak edib. Müsabiqə çərçivəsində şagirdlərin alqoritmik təfəkkürü və kompüter bacarıqları yoxlanılıb və avtomatik qiymətləndirilib. İştirakçılara sualları cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib. Yarışın sonunda hər sinif üzrə qaliblərin adları elan edilib. Qeyd edək ki, müsabiqənin 2025-ci il 10–30 noyabr tarixlərində onlayn keçirilmiş birinci mərhələsində Azərbaycanın 47 bölgəsinin 180 ümumtəhsil məktəbindən 8155 şagird iştirak edib və onlardan 667-si yarımfinal turuna vəsiqə qazanıb. 5 və 11 aprel 2026-cı il tarixlərində AzTU-da keçirilmiş yarımfinal turunda 443 şagird iştirak edib və 90 şagird final mərhələsinə vəsiqə qazanıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “ÖzünÖyrən” MMC ..

2026-04-27
AzTU

AzTU-da növbəti əmək yarmarkası keçirilib

                                                 Tədbirdə 100 işəgötürən tərəfindən 800-dən çox vakansiya təqdim edilib.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib.   Tədbir işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, habelə yuxarı kurslarda təhsil alan tələbələrin, əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması məqsədi daşıyıb.   AzTU-nun rektoru Vilayət Vəliyev hər il əmək yarmarkalarının keçirilməsinin tələbə və məzunlarının ixtisaslarına uyğun iş tapmaları, həmçinin onların əmək bazarına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rektor bildirib ki, yarmarka dövlət və özəl qurumların nümayəndələrinin ixtisaslı kadrlara olan ehtiyaclarının qısa zamanda ödənilməsi baxımından da faydalıdır.   Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov qeyd edib ki, bu kimi aktiv məşğulluq tədbirləri işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında mühüm rol oynayır. O bildirib ki, belə təşəbbüslər gənclərin əmək bazarına daha sürətli inteqrasiyasına, onların ixtisaslarına uyğun vakansiyalara çıxış imkanlarının genişlənməsinə, eyni zamanda işəgötürənlərin ixtisaslı kadrlara olan tələbatının operativ şəkildə qarşılanmasına töhfə verir.  Tədbirdə iştirak edən qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.  Yarmarkada 100 işəgötürən tərəfindən 800-dən çox vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.  Aktiv məşğulluq tədbirində Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə iştirak ediblər. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.   Tədbirə qatılan şəxslər Agentliyik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.

Tədbirdə 100 işəgötürən tərəfindən 800-dən çox vakansiya təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbayca ..

2026-04-24
AzTU

AzTU rektoru “I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumunda çıxış edib

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “I Yaşıl İqtisadiyyat (I GreenEco)” Beynəlxalq Forumu keçirilib. Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev forumda iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.Forumdan əvvəl tələbələrin əl işlərindən ibarət sərgiyə və universitet əməkdaşlarının hazırladığı stendlərə baxış keçirilib. Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq forumda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib. Forumun rəsmi hissəsindən sonra “Elm və təhsildə yaşıl konsepsiyalar”, “Yaşıl kənd təsərrüfatı: təhsil, sənaye və beynəlxalq tərəfdaşlıq” mövzularında panel müzakirələr keçirilib. AzTU rektoru Vilayət Vəliyev panel müzakirələrdə çıxış edib. Forumun əhəmiyyətindən danışan rektor yaşıl iqtisadiyyata keçid istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) tərəfdaşlığı ilə ..

2026-04-24
AzTU

AzTU və “Azəraluminium” mütəxəssislərinin aluminium sənayesinin kompleks inkişafına və qlobal təsirinə töhfə verən tədqiqatının ilkin mərhələsi uğurla tamamlanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayəyt Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azəraluminium” MMC-nin Gəncə İstehsalat Kompleksinə səfər edib. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Texnoloji Transfer Ofisinin rəhbəri Murat Ataman, dosent Əli İbrahimov və AzTU-nun qonaq tədqiqatçı-professoru, Türkiyənin İzmir Yüksək Texnologiya Universitetinin professoru Mustafa Güdən təmsil olunub. Səfər çərçivəsində nümayəndə heyəti AzTU və “Azəraluminium” MMC-nin tədqiqatçı-alimlərindən ibarət tədqiqat qrupunun 4 illik birgə intensiv tədqiqatlarının nəticələri ilə tanış olub və reaktorunun həcmi 5 ton olan yarımsənaye qurğusunda növbəti sınaqların aparılmasında iştirak ediblər. Tədqiqat qrupu tərəfindən yarımsənaye qurğusunda son bir ayda aparılan ilk üç sınağın nəticələrinin uğurla təsdiqləndiyi elan edilib. Daha sonra AzTU-nun dosenti, tədqiqat qrupunun üzvü Əli İbrahimov təqdimatla çıxış edib və uğurlu nəticələr barədə ətraflı məlumat verib.  O bildirib ki, alınan nəticələr təklif olunan yeni üsulun sənayedə tətbiqinə əsas verir. Bununla belə, əlavə tədqiqatların və dəqiqləşmələrin aparılmasına ehtiyac duyulur. AzTU-nun rektoru Vilayət Vəliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 01 aprel 2026-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına diqqət çəkib və tədqiqat qrupuna təşəkkür edib. Bildirib ki, 4 il müddətində aparılan tədqiqatlar nəticəsində alimlərimiz sənaye tətbiqinə çox yaxındırlar, bu ciddi elmi-texnoloji uğurdur və əsaslı iqtisadi səmərə verə bilər. “Azəraluminium” MMC-dən bildirilib ki, elmi-texnoloji nəticələrin və sənaye sınaqlarının, həmçinin bundan sonra görüləcək işlərin daha əhəmiyyətli olması üçün yeni yol xəritəsinin müəyyən edilməsinə ehtiyac var. Qeyd olunub ki, texnologiyanın yan məhsulları olaraq kalium gübrəsi, gips, sulfat turşusu və s. istehsal etməyə imkan verəcək. Beləliklə, çıxışçılar Daşkəsən Zəylik Alunit mədənindən hasil edilən alunit filizini zənginləşdirilmədən müasir tələblərə cavab verən yeni kompleks emal texnologiyası vasitəsilə aluminium istehsalının təmin olunması reallığını bildirib. Sonda tədqiqatların və əməkdaşlığın davam etdirilməsinin, metallurgiya sahəsindəki universitet-sənaye işbirliyinin daha da artırılmasının vacibliyi qeyd edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayəyt Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azəraluminium” MMC-nin Gəncə İstehsalat Kompleksinə səfər edib. Nümayənd ..

2026-04-23
AzTU

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Sənaye Parkında olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkına səfər edib. Səfərdə Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar da iştirak edib.   İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə Agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat verib.  Diqqətə çatdırılıb ki, sənaye zonalarında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri, hazır infrastruktur təminatı, logistika imkanları və dövlət dəstəyi mexanizmləri ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.  Görüşdə həmçinin, ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, kadr hazırlığı və bilik mübadiləsi istiqamətində imkanlar müzakirə edilib.  Daha sonra nümayəndə heyəti Sumqayıt Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisələrə baxış keçirib, istehsal prosesi ilə yerində tanış olub. Qonaqlara “Kartaş Kimya” MMC və “Azərfloat” QSC-nin müəssisələrində istehsalın təşkili, keyfiyyətə nəzarət mexanizmləri və ixrac imkanları barədə ətraflı məlumat verilib.  Nümayəndə heyəti Sumqayıt Sənaye Parkında yaradılmış əlverişli biznes mühitini və müasir infrastruktur imkanlarını yüksək qiymətləndirib, bu kimi sənaye zonalarının regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İ ..

2026-04-20
AzTU

AzTU-da “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual Oyunlar Klubu və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib.“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yarışda ümumilikdə 19 komanda iştirak edib. Bunlardan 12-si AzTU-nu, 4-ü Türkiyə-Azərbaycan Universitetini (TAU), 3-ü isə ATMU-nu təmsil edib.AzTU-da təşkil olunan yarış çərçivəsində iştirakçılar komandalar şəklində mübarizə apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdirib. Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən, 1-ci yerə ATMU-nun “Toureast” komandası, 2-ci yerə TAU-nun “Cloud” komandası, 3-cü yerə AzTU-nun “DyNova” komandası layiq görülüb.Qalib komandalara kubok və medallar təqdim olunub.

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual Oyunlar Klubu və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubu ..

2026-04-20
AzTU

AzTU-da “Narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar tələbələr üçün “Narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün iştirakının vacibliyini qeyd edib. “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova narkomaniyanın cəmiyyətin gələcəyinə yönəlmiş ciddi təhlükə olduğunu vurğulayaraq gəncləri bu bəladan yalnız maarifləndirmə yolu ilə xilas etməyin mümkün olduğunu diqqətə çatdırıb. Büllur Məmmədova bildirib ki, dövlət qurumları, hüquq-mühafizə orqanları və ictimaiyyət narkomaniyaya qarşı birgə mübarizə aparır. AzTU-nun 1 saylı Tələbə Poliklinikasının həkim-terapevti Nəcibə Quliyeva narkomaniyanın fəsadları barədə məlumat verib. O, sağlam həyat tərzinin narkomaniyaya qarşı ən təsirli qoruyucu vasitə olduğunu diqqətə çatdırıb. Tədbirdə narkomaniyanın insan həyatına və sağlamlığına zərərlərini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 202 ..

2026-04-20
AzTU

AzTU rektorunun başçılıq etdiyi nümayəndə heyəti “Bayraktar Technologies Azerbaijan” şirkətinə səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bayraktar Technologies Azerbaijan” şirkətinə səfər edib. Səfərdə müdafiə sənayesi nazirinin müşaviri Osman Okur və Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar da iştirak edib. Görüş zamanı “Bayraktar Technologies Azerbaijan” şirkəti ilə birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bayraktar Technologies Azerbaijan” şirkətinə səfər edib. Səfərdə müdafiə ..

2026-04-18