Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə (Azərbaycan Politexnik İnstitutu) fəaliyyətə başlayanda Bədən tərbiyəsi və idman kafedrası da yaranıb. 2015-ci ildə Təhsil Nazirliyinin əmri ilə Bədən tərbiyəsi və idman kafedrası ləğv edilərək onun bazasında AzTU İdman klubu yaradılıb. Kafedranın müəllimləri klubda müvafiq idman növləri üzrə məşqçi-müəllim vəzifəsinə təyin edilib.
Universitetdə fəaliyyət göstərən 7 fakültə və “Sabah” qrupları üzrə hər fakültəyə idman klubu tərəfindən dekan köməkçisi təyin edilib. İdman klubunda 10 idman növü üzrə: basketbol, sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, boks, voleybol, futbol, stolüstü tennis, kikboksinq və şahmat bölmələri fəaliyyət göstərir.
AzTU İdman klubunu sədri Azərbaycan Resbublikasının Fəxri bədən tərbiyəsi işçisi, SSRİ idman ustası Aydın Ağaliyevdir.
Basketbol idman növü:
Məşqçi: Aydın Ağaliyev - SSRİ idman ustası, Azərbaycan Resbublikasının Fəxri bədən tərbiyəsi işçisi
Sərbəst güləş idman növü:
Məşqçi: Gülağa Sadıqov - Fəxri bədən tərbiyəsi və idman işçisi
Cüdo idman növü:
Məşqçi: Gülağa Sadıqov - Fəxri bədən tərbiyəsi və idman işçisi
Yunan- Roma güləşi idman növü:
Məşqçi: Şahmar Rzayev - Fəxri bədən tərbiyəsi və idman işçisi
Boks idman növü:
Məşqçi: İskəndər Rizayev - Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası
Voleybol idman növü:
Məşqçi:
Futbol idman növü:
Məşqçi: İlham Əzizzadə - Azərbaycan Respublikası futzal üzrə idman ustası, UEFA futbol versiyası üzrə “A” kateqoriyalı məşqçi
Stolüstü tennis idman növü:
Məşqçi: Çingiz Əliyev
Kikboksing idman növü:
Məşqçi: Samir Rzayev- Azərbaycan Respublikasının Əməkdar məşqçisi
Hər il noyabr ayında I kurs tələbələrini idmana cəlb etmək məqsədilə voleybol, şahmat, dama, stolüstü tennis, futzal, basketbol, güləş idman növləri üzrə yarışlar keçirilir. Aprel - may aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunan fakültələrarası yarışlar, may ayında isə boks və kikboksinq idman növləri üzrə universitetin açıq birinciliyi keçirilir. Bundan əlavə AzTU İdman Klubu “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkil etdiyi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən çempionat və universiadalarda, həmçinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarışlarda və digər respublika çempionatlarında uğurla iştirak edir.
NAİLİYYƏTLƏR:
Ali məktəblərarası XIII Respublika universiadası (mart 2017):
Futbol üzrə tələbələr arasında Respublika çempionatı (aprel 2017)