AzTU İdman klubu

Azərbaycan Texniki Universitetinin yarandığı 1950-ci ildən (Azərbaycan Politexnik İnstitutu) Bədən tərbiyəsi və idman kafedrası fəaliyyət göstərmişdir. 2015-ci ildə Təhsil Nazirliyinin əmri ilə Bədən Tərbiyəsi və İdman kafedrası ləğv edilərək onun  bazasında  AzTU İdman klubu yaradılmış, kafedranın müəllimləri klubda müvafiq idman növləri üzrə məşqçi-müəllim vəzifəsinə təyin edilmişdir.

Universitetdə fəaliyyət göstərən yeddi fakültə və “Sabah” qrupları üzrə hər fakültəyə idman klubu tərəfindən dekan köməkçisi təyin edilmişdir.  İdman  klubunda  10  idman növü üzrə bölmələr fəaliyyət göstərir. Bunlar basketbol, sərbəst  güləş, yunan-Roma güləşi, cüdo, boks, voleybol, futbol, stolüstü tennis, kikboksinq və şahmat bölmələridir.

AzTU İdman Klununu sədri Azərbaycan Resbublikasının Fəxri bədən tərbiyəsi işçisi, SSRİ idman ustası Aydın Ağaliyevdir.

Basketbol idman növü:

Məşqçi: Aydın Ağaliyev - SSRİ idman ustası, Azərbaycan Resbublikasının Fəxri bədən tərbiyəsi işçisi

Sərbəst güləş idman növü:

Məşqçi: Gülağa Sadıqov - Fəxri bədən tərbiyəsi və idman işçisi

Cüdo idman növü:

Məşqçi: Gülağa Sadıqov - Fəxri bədən tərbiyəsi və idman işçisi

Yunan- Roma güləşi idman növü:

Məşqçi: Şahmar Rzayev -  Fəxri bədən tərbiyəsi və idman işçisi

Boks idman növü:

Məşqçi: İskəndər Rizayev - Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası

Voleybol idman növü:

Məşqçi:

Futbol idman növü:

Məşqçi: İlham Əzizzadə - Azərbaycan Respublikası futzal üzrə idman ustası, UEFA futbol versiyası üzrə “A” kateqoriyalı məşqçi

Stolüstü tennis  idman növü:

Məşqçi: Çingiz Əliyev

Kikboksing  idman növü:

Məşqçi:  Samir Rzayev- Azərbaycan Respublikasının Əməkdar məşqçisi

Hər il noyabr ayında I kurs tələbələrini  idmana cəlb etmək məqsədilə voleybol, şahmat, dama, stolüstü tennis, futzal, basketbol, güləş idman növləri üzrə yarışlar, aprel - may aylarında Ümummilli lider H. Əliyevin anadan olmasına həsr olunmuş fakültələrarası, may ayında boks və kikboksinq idman növləri üzrə universitetin açıq birinciliyi keçirilir. Bundan əlavə AzTU İdman Klubu “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkil etdiyi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən çempionat və universiadalarda, həmçinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarışlarda və digər respublika çempionatlarında uğurla iştirak edir.

 

NAİLİYYƏTLƏR:

 Ali məktəblərarası XIII Respublika universiadası (mart 2017):

  • şahmat idman növü II yer;
  • dama idman növü III yer;
  • cüdo idman növü II yer;
  • stolüstü tennis idman növü III yer;
  • badminton idman növü (oğlanlar) I yer;
  • atletika idman növü II yer.

 

Futbol üzrə tələbələr arasında Respublika çempionatı (aprel 2017)

  • 32 komanda arasında IV yer.