Azərbaycan Texniki Universitetinin (AzTU) akademik/inzibati heyətindən bir nəfər “Erasmus+” proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində (KDU) bir həftə müddətində mobillikdə iştirak etmək hüququ qazana bilər.
Qeyd edək ki, 24-28 aprel 2023-cü il tarixlərində KDU-da “Beynəlmiləlləşmə və əlaqələrin qurulmasında yeni baxış” mövzusunda əməkdaşlar üçün beynəlxalq həftə keçiriləcək.
Universitetimizdən mobillik üçün seçilən əməkdaş sözügedən tədbirdə iştirak edərək AzTU-nu təmsil və universitet haqqında ingilis dilində təqdimatla çıxış etmək imkanı əldə edəcək.
Tələblər:
- ingilis dili biliyi (tədbir ingilis dilində təşkil olunacaq);
- ünsiyyətcil və kommunikasiya qurma bacarığı
Mobillik proqramında iştirak etmək istəyən əməkdaşlardan ərizə formasını 07.04.2023-cü il tarixinədək erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.