Beynəlxalq əlaqələr

Şöbə haqqında




Beynəlxalq əlaqələr şöbəsi 1980-ci ildə fəaliyyətə başlayıb.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

· AzTU-nun beynəlmiləlləşmə prosesinin təşkili və inkişafının təmin edilməsi;

· AzTU-nun tədris, təhsil və tədqiqat sahəsində beynəlxalq əməkdaşlıqlarının qurulması və koordinasiyası (dünya universitetləri, elm və tədris mərkəzləri, transmilli şirkətlər və s.);

· AzTU-nun beynəlxalq proqramlarda və qrant layihələrində iştirakının təmin edilməsi;

· Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin AzTU-da təhsil almaları üçün təşviqat işinin aparılması, onların universitetə cəlb olunması, qəbulu, qeydiyyatı və tədrisdən kənar fəaliyyətlərinin təşkili kimi işlərin icrasının təmini;

· Universitetin əməkdaş və tələbələrinin ölkə xaricinə ezamiyyələrinin təşkili və davamlı təhsil imkanlarının təmin olunması (mübadilə proqramları, ikili diplom proqramları);

· Beynəlxalq elmi, akademik, işgüzar tədbirlərdə iştirakın təmin oluması üçün koordinasiya işlərinin aparılması (konqreslər, konfranslar, forumlar, sərgilər və s.).