Beynəlxalq

"Erasmus+" Mübadilə Proqramı




Erasmus Nədir?

Erasmus təhsil, təlim, gənclər və idmanı dəstəkləyən Avropa İttifaqı (Aİ) proqramıdır. Aİ tərəfindən maliyyələşdirilən Erasmus proqramı tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini dəstəkləyir. Proqramın adı 15-ci əsrdə yaşamış İntibah dövrünün humanizm hərəkatının qabaqcıllarından, Holland əsilli mütəfəkkir Desiderius Erasmusun adından götürülüb.

Erasmusun məqsədi:

-       Xarici ölkə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi

-       Tələbələr üçün xaricdə təhsil/təcrübə imkanı təmin etmək

-       Müəllimlər üçün xaricdə tədris/təlim imkanı təmin etmək

Erasmusun faydaları:

-       Yeni insanlarla və mədəniyyətlərlə tanışlıq

-       Xarici dil biliyinin təkmilləşdirilməsi (belə ki, ingilis dilinin istifadəsi ilə yanaşı, xarici universitetdə yerli dil kursu təklif edilir)

-       Ölkədən kənarda sərbəst yaşamaq və qərar qəbul etmək təcrübəsi

Mübadilə müddəti:

Tələbə üçün təhsil mübadiləsi: 3-12 ay

Tələbə üçün təcrübə mübadiləsi: 2 ay

Pedaqoji/inzibati heyət mübadiləsi: 1 həftə

Mübadilə üçün şərtlər:

Tələbələr:

-       Təhsil pilləsinin ilk semestrini tamamlamış olmaq

-       ÜOMG bakalavr üçün minimum 75, magistratura üçün minimum 85

-       Dil biliyi minimum B2 (Seçim zamanı sertifikat təqdim edənlərə üstünlük verilir)

Pedaqoji/inzibati heyət:

-       Tam ştatlı pedaqoji/inzibati heyət (olmadığı və ya uyğun gəlmədiyi halda, yarım ştat və saat hesabı müəllimlərin müraciəti nəzərə alınacaq)

-       AzTU-da iş təcrübəsi müddəti qeyd olunan CV (5 ildən artıq təcrübəsi olanlar üstünlük əldə edir)

-       Dil biliyi minimum B2 (Sertifikat təqdim edənlərə üstünlük verilir)

Səyahət xərcləri:

Mübadilə müddətində tələbələr getdiyi universitetdəki təhsil haqqından azad olur. Proqramda iştirak edən tələbə və müəllimlərin xərcləri Avropa İttifaqı tərəfindən müvafiq olaraq təqaüd və ezamiyyə xərci şəklində ödənilir. Ödənişlərə daxildir:

-       Yol xərci (məsafəyə görə hesablanır)

-       Tələbə üçün aylıq təqaüd (qalmaq və gündəlik xərclər daxil olmaqla)

-       Müəllimlər üçün günlük ezamiyyə xərci (qalmaq və gündəlik xərclər daxil olmaqla)

Ətraflı məlumat üçün:

Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.

Əsas bina, 3-cü mərtəbə, 325-ci otaq

Email: erasmus@aztu.edu.az

Tel: +994 12 539 13 48