XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-nun altı tələbəsi “Erasmus+” çərçivəsində xaricdə təhsil alacaq

2024-01-30
415
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) altı tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq.

Belə ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbəsi Nuhin Xəlilov Ankara Universitetində, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və SABAH qruplarının III kurs tələbələri Nurtəkin Quliyeva və Leyla Şəfiyeva Rumıniyanın Cluj-Napoca Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Nurlan Nərimanov və Nabat Yusifli Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində, həmin fakültənin II kurs tələbəsi Mirəli Əlili Polşanın Powislanski Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar.

AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.