XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-nun professor-müəllim heyəti Qazi Universitetində mübadilədə iştirak edib

2024-01-22
107
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov və Kompüter texnologiyaları kafedrasının baş müəllimi Şəhla Əliyeva “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mübadilədə iştirak edib.

Mübadilə çərçivəsində AzTU əməkdaşları Qazi Universitetinin Fizika, Kompüter mühəndisliyi, Elektrik və elektronika və Memarlıq kafedralarında görüşlər keçirib, tədris prosesi ilə tanış olub, birgə tədqiqatların aparılması və layihələrin hazırlanması imkanlarını müzakirə ediblər.

Həmçinin AzTU-nun kafedra müdirləri Mətanət Mehrabova və Mehman Həsənov seminarlar keçirib, baş müəllim Şəhla Əliyeva isə tələbələrə mühazirə deyib.