Erasmus+ KA2 layihəsi 598218-EPP-1-2018-1-PL-EPPKA2-CBHE-JP

“Nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi” (CRENG) layihəsi

Layihənin başlanma tarixi: 15/11/2018-ci il.
Layihənin bitmə tarixi: 30/07/2022-ci il.

Layihənin ümumi məqsədi: Nəqliyyat sahəsində Avropa təcrübəsinə və əmək bazarının tələblərinə uyğun nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi üzrə yüksək səriştəli mütəxəsisslərin hazırlanması üçün optimal mühitin yaradılmasıdır. Layihə çərçivəsində nəqliyyat sahəsində mövcud olan ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi, kadr potensiyalının və maddi-texniki bazanın gücləndirlməsi və ümumilikdə həmin sahədə tədris prosesinin Avropa standartlarına uyğunlaşdırılması layihənin əsas hədəfləri kimi müəyyən edilmişdir.

Layihə çərçivəsində əsas tapşırıqlar aşağıdakılardan ibarətdir:

- Nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi üzrə yeni magistr proqramının və tədris materiallarının hazırlanması;
- Yeni magistr proqramı üzrə pilot tədrisin icra edilməsi;
- Layihənin hədəf universitetlərində nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi üzrə magistr ixtisasının açılması, ölkədaxili tələblərə uyğun akreditasiyadan keçirilməsi;
-“Layihə üzərindən öyrənmə” metodikasının hazırlanması və tədris prosesində istifadə olunması;
- Nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi üzrə xidmət ofisinin və laboratoriyasının açılması və onun fəaliyyət planının tərtib olunması;
- Xidmət ofisi və laboratoriya üçün zəruri avadanlıqların alınması və universitetə çatdırılması;
- Xidmət ofisinin işi çərçivəsində sənayenin tələblərinə uyğun kadr hazırlığını ehtiva edən “bacarıqlar cüzdanı” yanaşması əsasında Univeritet-Sənaye əməkdaşlığının qurulması və kadr hazırlığına başlanılması.
- Risk və böhran mühəndisliyi üzrə metodiki vəsaitlərin hazırlanması.

Layihə konsorsiumuna daxildir:

Avropadan Polşanın Varşava Texnologiya Universiteti ilə yanaşı Berlin Texniki Universiteti (Almaniya), Hauts-de-France Politexnik Universiteti (Fransa), Ukrayna və Türkmənistanın ali təhsil müəssisələri və Təhsil Nazirlikləri, Azərbaycandan isə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Texnologiya Universiteti (ATU) və Bakı Nəqliyyat Agentliyi (BNA)