Kafedra Müdafiə Sənayesi Nazirliyi, ölkədaxili elmi-tədqiqat institutları və qabaqcıl sənaye müəssisələri ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirak etməsi üçün xarici universitetlərlə birgə layihələr həyata keçirilir.