Enerji Tədqiqatları İnstitutu
Enerji Tədqiqatları İnstitutu Azərbaycan Texniki Universitetinin ( AzTU) Elmi şurasının 3 fevral 2021-ci il tarixli qərarına əsasən AzTU-nun rektorunun 8 sentyabr 2021-ci il tarixli 325 Ş(s) №-li əmri ilə yaradılıb.
İnstitutun əsas fəaliyyət istiqamətləri:
İnstitutun yaradılmasında məqsəd elmi və texnoloji prinsiplərə əsaslanan yeni energetika və texnoloji proseslərin avtomatlaşdırılması, texnologiyaların formalaşmasına və inkişafına töhfə vermək üçün tətbiqi tədqiqatlar aparılması və bu sahədə texnoloji inkişafın dəstəklənməsidir.
İnstitutun fəaliyyət istiqamətləri:
- Dövlət və özəl sektorlar tərəfindən müəyyən edilən tələbləri yerinə yetirmək üçün zəruri hallarda yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində tədqiqat işləri aparır, AzTU-da energetika və texnoloji proseslərin avtomatlaşdırılması ixtisasları üzrə elmi-tədqiqat işləri həyata keçirir;
- Müasir energetika və texnoloji proseslərin avtomatlaşdırılması texnologiyalarına əsaslanan infrastrukturun qurulması üçün çalışan digər yerli müəssisə və təşkilatlara məsləhət, hesablama, optimallaşdırma üzrə xidmətlər göstərir və təlimlər təşkil edir;
- Energetika və texnoloji proseslərin avtomatlaşdırılması sahəsində həyata keçirilən beynəlxalq və yerli layihələrdə iştirak edir.
İnstitututuin məqsəd və vəzifələri:
- Energetika və texnoloji proseslərin avtomatlaşdırılması sahəsində ehtiyac duyulan fundamental və tətbiqi tədqiqatların aparılması, bu sahə üzrə aparıcı mütəxəssislərin tədqiqat işlərinə cəlb edilməsi və koordinasiyası, məqsədə nail olmaq üçün vacib olan xarici texnologiyaları, tədqiqat və inkişaf fəaliyyətlərini izləmək və tətbiqi imkanlarını axtarmaq;
- Energetika və texnoloji proseslərin avtomatlaşdırılması sahələrində layihələrə əsaslanan təhsilin təşkilinə kömək etmək;
- Energetika və texnoloji proseslərin avtomatlaşdırılması sahəsində ixtisaslaşmış yüksək ixtisaslı və tədqiqatçı kadrlar hazırlamaq;
- İxtisaslaşma sahəsindəki mövzularda müxtəlif təşkilatlar üçün təlim proqramları hazırlamaq və həyata keçirmək.