Alman mühəndislik

Alman mühəndislik fakültəsi Azərbaycan Texniki Universitetinin ən gənc fakültəsi olub, universitet Elmi şurasının qərarına əsasən yaradılıb.  

Fakültə AzTU-nun Almaniya Federativ Respublikasının ən qabaqcıl universitetləri ilə:

ü  müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdirilməsi,

ü  birgə layihələrin həyata keçirilməsi,

ü  ikili diplom və ikili təhsil proqramlarının hazırlanması və yerinə yetirilməsi,

ü  tədqiqat işlərinin aparılması,

ü  alman dili səviyyələri yüksək olan tələbələrin müstəqil olaraq Alman Akademik Mübadilə Xidməti (DAAD) və digər fondların təqaüd proqramlarında iştirak imkanlarını genişləndirmək məqsədi ilə yaradılıb.

Fakültənin tərkibində 1 ixtisas kafedrası (Mexatronika) fəaliyyət göstərir:

Fakültədə aşağıdakı ixtisaslar (proqramlar) üzrə mütəxəssis hazırlığı yerinə yetirilir:

ü  Mexatronika və robototexnika mühəndisliyi;

ü  Proseslərin avtomatlaşdırılması mühəndisliyi.

Fakültədə Alman mühəndislik fakültəsi və digər fakültələrə təhkim olunmuş aşağıdakı ixtisaslar (proqramlar) üzrə alman dili yönümlü qruplar yaradılıb:

ü  Mexatronika və robototexnika mühəndisliyi;

ü  Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

ü  Maşın mühəndisliyi;

ü  İnformasiya texnologiyası;

Növbəti tədris illərində digər aşağıdakı ixtisaslar (proqramlar) üzrə də alman dili yönümlü qruplarının yaradılması nəzərdə tutulur:

ü  Materiallar mühəndisliyi;

ü  Metallurgiya mühəndisliyi;

ü  Elektrik və elektronika mühəndisliyi.