Alman mühəndislik

Mexatronika

Mexatronika kafedrası 2023-cü ildə AzTU Elmi şurasının qərarı ilə Avtomatika və idarəetmə kafedrasının bazasında müasir mühəndis ixtisaslarından biri olan mexatronika və robototexnika mühəndisliyi ixtisasının kafedraya verilməsi ilə yaradılıb.

Mexatronika kafedrasında iki ixtisas üzrə bakalavr, magistr və doktorant hazırlığı aparılır. Hazırda kafedrada 4 professor, 8 dosent və 5 baş müəllimdən ibarət professor-müəllim heyəti çalışır.

Mexatronika kafedrasında İKT-nin elm, təhsil və tədqiqat işlərində tətbiqinə, eyni zamanda bu sahənin sonrakı inkişafına zəmin yaradan Enerji Sistemləri Laboratoryası mövcuddur. Bu laboratoriyanın Azərbaycan Texniki Universitetində açılması ilə tələbələrə, magistrlərə, mühəndislərə energetika sahəsinin diaqnostikası, nəzarət metodlarının yaxşılaşdırilması, elektrik paylayıcı sistemlərində mühafizə, nəzarət kimi funksiyalar ən müasir səviyyədə tədris edilir.

Kafedranın məqsədi

Proseslərin avtomatlaşdırılması mühəndisliyi  və mexatronika və robototexnika mühəndisliyi ixtisasları üzrə bakalavr və magistr səviyyələrində mütəxəssislər hazırlamaq, “Robotlar, mexatronika və robot texnikası sistemləri” və İnformasiya-ölçmə və idarəetmə sistemləri” ixtisasları üzrə isə doktorantura səviyyəsində elmi dərəcəli kadrlar yetişdirmək, eləcə də “Robotlar və sənaye əşyaları interneti” elmi istiqaməti üzrə tədqiqatlar aparmaqdır.