Alman mühəndislik Mexatronika

Xarici əlaqələr




Kafedra 2002-ci ildən Tempus layihəsi çərçivəsində Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Zyüt Universiteti, Avstriyanın Qrats Universiteti ilə elmi əməkdaşlıq edir.

AzTU-da ETAP (USA) və General Electric (Kanada) şirkətlərinin təqdim etdiyi layihələr həyata keçirilib. Layihə çərçivəsində yeni laboratoriya açılıb. ABŞ-nın “General Elektrik” və “ETAP” şirkətlərinin AzTU-ya hədiyyə etdikləri bu laboratoriyada alqoritmlər, konfiqurasiyalar və ən müasir yarımstansiya avtomatlaşdırma sistemləri yerləşdirilib.Yeni laborotoriya energetika sahəsinin bir çox problem mövzularını özündə birləşdirərək, tələbələrə, tədqiqatçılara, sənaye mütəxəssislərinə təhlil aparmaq, böyük enerji sistemlərini analiz etmək imkanı verir.