Alman mühəndislik Mexatronika

İxtisaslar




Mexatronika və robototexnika mühəndisliyi (fənlər)

Bu ixtisasın əsas istiqamətlərindən biri robotlar və robototexniki sistemlərlə bağlıdır.

Buraya sənaye robotları, mobil robotlar, səhiyyə robotları, kənd təsərrüfatı robotları,

hərbi təyinatlı robotlar, məişət robotları və s. aiddir. Karyera baxımından gələcəyin

ixtisası olan mexatronika və robototexnika mühəndisliyi ixtisası mexaniki baza

strukturuna malik olan texniki qurğuların mövcud olduğu istənilən sahədə çalışmaq

imkanı yaradır.

Proseslərin avtomatlaşdırılması mühəndisliyi (fənlər)

Bu ixtisas müasir istehsalın və texnoloji proseslərin yüksək dərəcədə

avtomatlaşdırılması və bu avtomatlaşdırılma prosesində tətbiq olunan texniki vasitə,

sistem və qurğuların layihələndirilməsi, istehsalı, texniki istismarı üzrə mütəxəssis

hazırlığını nəzərdə tutur.

İxtisası bitirənlər əldə etdikləri bilik, bacarıq və vərdişlər nəticəsində maşınqayırma,

energetika, nəqliyyat və digər sahələrdə yüksək ixtisaslı mutəxəssislər kimi çalışa

bilərlər.