Maşınqayırma və robototexnika fakültəsi haqqında
Fakültə ölkəmizdə fəaliyyət göstərən müvafiq sənaye müəssisələrinin mühəndis kadrlara olan ehtiyacını ödəmək üçün 1964-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) Maşınqayırma fakültəsi adı altında yaradılmışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra yeni müasir ixtisaslara müvafiq olaraq fakültə xeyli genişləndirilmiş və fakültənin strukturunda əhəmiyyətli dəyişikliklərin edilməsi zəruriliyini yaratmışdır. Buna müvafiq olaraq, AzTU-nun Elmi şurasının 02.10.2019-cu il 01 nömrəli qərarı ilə fakültə 2019-cu ildən “Maşınqayırma və robototexnika” olaraq adlandırılıb.
Fakültənin məqsədi və vəzifələri:
Fakültə sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrinin cari və perspektiv tələbatlarını nəzərə almaqla, yüksək ixtisaslı mühəndis kadrların hazırlığının həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Fakültənin vəzifələri:
• Sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin tələbatlarına uyğun yüksək ixtisaslı kadrların hazırlanması;
• Texnika və texnologiyanın inkişaf perspektivlərini nəzərə almaqla, sənaye müəssisələrinin mövcud kadr potensialının əlavə təhsilinin həyata keçirilməsi;
• Respublika daxili və beynəlxalq səviyyədə sənaye müəssisələri, elm və istehsalat birlikləri ilə birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi və innovativ fəaliyyətin təmin edilməsi və alınan nəticələrin tətbiqinin həyata keçirilməsi;
• İxtisas kafedraları ilə birlikdə beynəlxalq mübadilə və mobillik proqaramlarında əməkdaşların və təhsilalanların iştirakının təmin edilməsi;
• Fakültənin nəzdnində faəliyyət göstərən ixtisas kafedralarının koordinasiyasının həyata keçirilməsi.