Maşınqayırma və metallurgiya

Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları

MAŞIN DİZAYNI, MEXATRONİKA VƏ SƏNAYE TEXNOLOGİYALARI KAFEDRASI 

Kafedranin tarixi:

Maşın dizaynı, mexatronikasənaye texnologiyaları kafedrası 2025-ci ildə Maşın dizaynı və sənaye texnologiyaları kafedrası ilə Mexatronika kafedrasının birləşdirilməsi ilə yaradılmışdır. Kafedraya Azərbaycan Respublikasının Əməkdar müəllimi, texnika elmləri doktoru, professor İsa Əli oğlu Xəlilov rəhbərlik edir.

Kafedranın indiki bazası 1950-ci ildə yaradılan Mexanizmlər nəzəriy­yəsi, maşın detalları və yükqaldırıcı-nəqledici mexanizmlər (kafedra müdiri dos. İsrafil Qarayev) və Tərsimi həndəsə və qrafika (kafedra müdiri dos. Q.A. Serqeev 1950-1954) kafedralarından, eləcə də 1961-ci ildə yaradılan İstehsal proseslərinin avtomatlaşdırılması və hesablama texnikası (kafedra müdiri prof. Ənvər Nəcəfov)  kafedrasından təşkil olunmuşdur.

Mexanizmlər nəzəriyyəsi, maşın detalları və yükqaldırıcı-nəqledici mexanizmlər  kafedrasına  25 il müddətində görkəmli mütəxəssis, istedadlı pedaqoq, dosent İsrafil Qarayev rəhbərlik etmişdir. Bu kafedranın bazasında 1960-cı ildə Yüngül və yeyinti sənaye maşınları, İnşaat yol maşınları kafedraları yaradılmışdır. Sonra bu kafedralar müvafiq olaraq Gəncə Texnologiya İnstitutuna və İnşaat Mühəndisləri İnstitutuna köçürülmüşlər. 1970-ci ildə “Maşın və mexanizmlər nəzəriyyəsi” (kafedra müdiri dos. Ayaz Kəngərli) yaradılmışdır. Bu kafedra 2021-ci ilə kimi fəaliyyət göstərmiş, müxtəlif illərdə ona görkəmli alimlər texnika elmləri namizədi, professor Ayaz Kəngərli (1970-1982, 2002-2013), texnika elmlər doktoru, professor Şəmsəddin Bağırov (1982-1993), texnika elmlər doktoru, professor Rasim Əlizadə (1993-2002, 2015-2021), texnika elmlər doktoru, professor İsa Xəlilov (2013-2015) rəhbərlik etmişlər. 1970-ci ildə Maşın detalları və yükqaldıran-nəqledici mexanizmlər kafedrası yaradılmışdır, 1976-cı ildən Maşın detalları və yükqaldıran-nəqledici maşınlar adlandırılmışdır. 1975-ci ildən 2016-cı ilə kimi kafedraya əməkdar mühəndis, texnika elmləri doktoru, professor Ayaz Abdullayev rəhbərlik etmişdir. 2016-cı ildə kafedra Maşınların konstruksiyaedilməsi adlandırılmışdır. Kafedra müdiri vəzifəsini 2016-2019-ci illərdə texnika elmlər doktoru, professor Əli Nəcəfov, 2019-2021-ci illərdə isə texnika elmləri namizədi, dosent İftixar Çələbi icra etmişlər.

Tərsimi həndəsə və qrafika kafedrasına 1954-1963-cü illərdə texnika elmləri namizədi, professor Kamal Məmmədov rəhbəlik etmişdir. Bu kafedra 1963-cü ldə iki hissəyə Tərsimi həndəsə və Mühəndis rəsmxətti kafedralarına bölünmüşdür. Tərsimi həndəsə kafedrasının müdiri professor K.C. Məmmədov və Mühəndis rəsmxətti kafedrasınının müdiri texnika elmləri namizədi, dosent Q.Ə. Səlimxanov olmuşlar. 1968-1969-cu illərdə Tərsimi həndəsə kafedrasının müdiri vəsifəsini Səlim Sultan Əhməd oğlu İbrahimbəyli icra etmişdir. 1969-cu Tərsimi həndəsə kafedrasına dosent Q.Ə. Səlimxanov, Mühəndis rəsmxətti kafedrasına dosent Tahir Musayev müdir seşilmişlər. 1975-ci kafedralar yenidən birləşmiş və Mühəndis qrafikası adlandırılmışdır. 1975-1977-ci illərdə S.Ə. İbrahimbəyli, 1977-1979-cu illərdə texnika elmləri namizədi, dosent Vaqif Mövlazadə, 1980-1984-cü illərdə texnika elmləri namizədi, dosent Kamal Musayev, 1984-2002-ci illərdə texnika elmləri namizədi, professor Xalidpaşa Xubanov, 2003-2011-ci illərdə texnika elmləri doktoru, professor Mustafa Mustafayev, 2011-2016-cı illərdə texnika elmləri namizədi, dosent Saleh Mirzəyev, 2016-2021-ci illərdə texnika elmləri namizədi, dosent Əhməd İmanov kafedraya rəhbərlik etmişlər.

İstehsal proseslərinin avtomatlaşdırılması və hesablama texnikası kafedrasının bazasında sonralar İstehsal proseslərinin avtomatlaşdırılması (1977) kafedrası yaradılmışdır. Bu kafedraya müxtəlif vaxtlarda texnika elmlər namizədi, professor Ənvər Nəcəfov, texnika elmlər namizədi, professor Mahir Babayev, texnika elmlər doktoru, professor Elbrus Cəfərov, texnika elmlər doktoru, professor Teyqubad Qurbanov rəhbərlik etmişlər. Bir müddət kafedranın adı  İstehsal proseslərin avtomatlaşdırılması və robototexniki sistemlər adlandırılmışıdr. Daha sonra kafedranın adı Avtomatlaşdırma və idarəetmə olmuşdur. 1997-ci ildə yeni ixtisasın açılması ilə Dəmiryol nəqliyyatında avtomatika və telemexanika (1997) kafedrası yaradılmışdır. Bu kafedranın müdiri texnika elmləri namizədi, dosent Havar Məmmədov olmuşdur. 2002-ci ildə bu kafedra Avtomatlaşdırma və idarəetmə kafedrası ilə birləşdirilərək Avtomatika və idarəetmə adlandırılmışdır. 2002-2017-cı illərdə kafedraya əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov rəhbərlik etmişdir. 2017-2023-cü illərdə kafedra müdiri texnika elmlər namizədi, dosent Vahid Fərhadov olmuşdur. 2023-cü ildə Mexatronika və robototexnika mühəndisliyi ixtisası bu kafedraya verildikdən sonra kafedranın adı dəyişdirilərək Mexatronika (2023-2025) adlandırılmışdır. Kafedra müdiri vəzifəsinə texnika elmlər doktoru, professor İxtixar Çələbi təyin edilmişdir.

Universitetdə aparılan islahatlarla bağlı 2021-ci ildə Mühəndis qrafikası, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşınların konstruksiyaedilməsi kafedraları birləşdirilərək onların bazasında Mexatronika və maşın dizaynı kafedrası yaradılmışdır. Kafedra müdiri əməkdar müəllim, texnika elmlər doktoru, professor İsa Xəlilov seçilmişdir. Kafedranın adı 2023-cü ildə dəyişdirilərək Maşın dizaynı və sənaye texnologiyaları adlandırılmışdır.

Hazırda yuxarıda adları sadalanan kafedraların bazasında yaradılan Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrası  AzTU-nun ən böyük kafedralarından biridir. Kafedrada 6 texnika elmləri doktoru və 23 texnika elmləri namizədi və texnika üzrə fəlsəfə doktoru fəaliyyət göstərir. Ümumilikdə kafedranın əməkdaşlarının sayı 56 nəfərdən ibarətdir.