XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının dosenti Nəbi Qurbanovun yubileyi qeyd olunub

2024-06-14
2071
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının dosenti Qurbanov Nəbi Əsəd oğlunu anadan olmasının 80 illik yubileyi və uzun müddətli səmərəli elmi fəaliyyəti münasibətilə təbrik edib.

Nəbi Qurbanov 1979-cu ildən AzTU-nun Mühəndis qrafikası kafedrasında akademik fəaliyyətə başlayıb. Onun universitetdə fəaliyyəti dövründə çoxlu sayda elmi məqaləsi nüfuzlu jurnallarda dərc olunub. Beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Çoxlu sayda dərs vəsaitlərinin müəllifidir.

1986-1990-cı illərdə Afrika Respublikasının Kanakri şəhərində pedaqoji fəaliyyətlə məşğul olub.