Mexanika kafedrası 1920-ci ildə yaradılan Azərbaycan Politexnik İnstitutunun (AzPİ) (indiki AzTU) tərkibində fəaliyyətə başlayıb və 1950-ci ildə AzPİ ikinci dəfə bərpa olunduqdan sonra böyük inkişaf yolu keçib. Kafedrada ali təhsilin bakalavriat səviyyəsi üçün mexanika mühəndisliyi (050628) ixtisası üzrə bakalavr, magistratura səviyyəsində isə mexanika mühəndisliyi (060630) ixtisasının hidromexanika və hidravlik maşınlar, maşınların möhkəmliyi və dinamikası, maye və qazların nəqli avadanlıqları, Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika ixtisaslaşmaları üzrə magistr təhsili verilir.
Kafedrada bakalavr səviyyəsi üçün nəzəri mexanika, tətbiqi mexanika, texniki mexanika, materiallar müqaviməti, hidravlika və hidravlik maşınlar, maye və qaz mexanikası, hidrologiya, boru kəmərləri və armaturları və s., magistratura səviyyəsi üçün isə maşın mexanikası, rəqslər nəzəriyyəsi, eksperimental mexanika, elastiklik və plastiklik nəzəriyyəsi, mexaniki sistemlərin dayanıqlığı, nanomexanika, xüsusi təyinatlı nasoslar, kompressor və kompressor stansiyaları, nasos stansiyalarının avadanlıqları, boru kəmərlərinin hesabı və layihələndirilməsi və s. fənnlər tədris olunur.
Hazırda böyük tarixi ənənəsi olan kafedranın Avropa Birliyi ölkələri və ABŞ-ın aparıcı universitetləri ilə geniş əlaqələri vardır. Kafedranın əməkdaşlarının monoqrafiya və elmi məqalələri nüfuzlu beynəlxalq elmi nəşrlərdə mütəmadi olaraq çap olunur. Kafedranın professorları müxtəlif beynəlxalq elmi jurnalların redaksiya heyətlərinin üzvü və Avropa Birliyinin elmi layihələrinin (7-ci Çərçivə Proqramı, HORİZON2020 və s.) rəhbərləri kimi fəaliyyət göstərirlər.
https://www.aef.gov.az/upload/Files/beynelxalq_qrant/eif_era-net_neticeler.pdf
http://bs-era.uefiscdi.ro/main/index.php
http://bs-era.uefiscdi.ro/main/index.php?we=guest.news&wchk=fced864048194e0a446176c968c8db8b
2011-ci ilin aprel ayında AzTU-nun Еlmi şurasının qərarı ilə Nəzəri mexanika və Materiallar müqaviməti kafedraları birləşdirilərək Texniki mexanika kafedrası adlandırılıb. 2016-cı ilin may ayında isə Texniki mexanika və Hidravlika və Hidropnevmo qurğular kafedralarının bazası əsasında Mexanika kafedrası yaradılıb.
İndiki Mexanika kafedrasının Nəzəri mexanika bölməsi 1921-ci ildə AzPİ-nin tərkibində təşkil edilib. Bu dövrdə Nəzəri mexanika, Materiallar müqaviməti və Tətbiqi mexanika kafedraları bir kafedra kimi fəaliyyət göstərib. İlk kafedra müdiri prof. P.P. Lukin olub. Həmin dövrdə kafedrada prof. Q.A. Xazarov, prof. K.A. Pakrovski və digər görkəmli alimlər fəaliyyət göstəriblər. 1950-ci ildə AzPİ yenidən fəaliyyətini davam etdirdikdə ilk yaranan kafedralardan biri də Nəzəri mexanika kafedrası olub. Həmin dövrdən kafedraya rəhbərlik edənlər: prof. Həbib Qurban oğlu Məmmədov (1951-1966), prof. Ətəulla Fəttah oğlu Qasımov (1967-1970), prof. Niftulla Bəşir oğlu Qədirov (1971-1972), prof. Rza Əbdül oğlu Bədəlov (1972-1976), dos. Vladimir Yakovleviç Dunin (k.m. əvəzi, 1976), prof. Rafiq Nəbi oğlu Mahmudov (1976-1984), prof. Frunze Həsənqulu oğlu Şəmiyev (1985-1993), prof. Rafiq Nəbi oğlu Mahmudov (1993-2005), prof. Nəsib Ayvaz oğlu Nəsibov (2005-2011), prof. Vaqif Mirəhməd oğlu Mirsəlimov (Texniki Mexanika, 2011-2016), prof. Valeh İsmixan oğlu Baxşəli (2016-indiyədək).
İndiki Mexanika kafedrasının Materiallar müqaviməti bölməsi 1920-ci ildən başlayaraq AzPİ-nin tərkibində müxtəlif adlar altında fəaliyyət göstərib. İlk kafedra müdiri prof. L.S. Leybenzon olub. Həmin baza əsasında 1950-ci ildə AzPİ yenidən fəaliyyətə başladıqda Materiallar müqaviməti və inşaat mexanikası adı altında texniki kafedra yaradıldı və az sonra bu kafedra Materiallar müqaviməti adını aldı. Bu dövrdən sonra kafedraya rəhbərlik edib: dos. Hüseynağa S. Muradxanov (1950-1954), dos. Hənifə Əbdülrəhman oğlu Süleymanov (1954-1974), prof. İbrahim Ağamurad oğlu Bəxtiyarov (1975), prof. İsmayıl Rza oğlu Sadıqov (1975-1983), dos. Nəcibə Kazım qızı İbrahimova (1983), prof. Vaqif Mirəhməd oğlu Mirsəlimov (1983 -2016).
İndiki Mexanika kafedrasının Hidravlika bölməsi ilk dəfə AzPİ-nin tərkibində 1922-ci ildə yaradılıb. Kafedranın o vaxtlar adı Hidravlika və hidravlik mexanizmlər olub və kafedraya ilk olaraq prof. İ.Q. Yesman rəhbərlik edib. 1950-ci ildə AzPİ ikinci dəfə bərpa olunduqda mövcud baza əsasında Hidravlika və hidravlik maşınlar kafedrası təşkil edilib. Həmin vaxtdan sonra kafedraya rəhbərlik edənlər: Prof. Süleyman Abdulaxairoviç Abdurəşidov (1950-1955), dos. Ənvər Əbdülrəhman oğlu Şıxəlizadə (1955-1959), prof. Ətəulla Fərəc oğlu Qasımov (1969-1981), prof. Hümbət Paşa oğlu Hüseynov (1981-1992), prof. Səməd Oruc oğlu Hüseynov (1992-2014), prof. Rasim Şirin oğlu İsmayılov (2014-2016).
Hazırda Mexanika kafedrasının müdiri texnika elmləri doktoru, professor Valeh İsmixan oğlu Baxşəlidir.
https://www.youtube.com/watch?v=0XlQuvMmF3o&t=843s
Bakalavriat və magistratura üzrə statistika: Kafedrada təhsilin bakalavriat səviyyəsi üçün “Mexanika mühəndisliyi” (050628) ixtisası üzrə bakalavr, magistratura səviyyəsində isə “Mexanika mühəndisliyi” (060630) ixtisasının “Hidromexanika və hidravlik maşınlar”, “Maşınların möhkəmliyi və dinamikası”, “Maye və qazların nəqli avadanlıqları”, “Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika” ixtisaslaşmaları üzrə magistr mütəxəssislər hazırlanır.
Kafedrada bakalavr səviyyəsi üçün nəzəri mexanika, tətbiqi mexanika, texniki mexanika, materiallar müqaviməti, hidravlika və hidravlik maşınlar, maye və qaz mexanikası, hidrologiya, boru kəmərləri və armaturları və s., magistratura səviyyəsi üçün isə maşın mexanikası, rəqslər nəzəriyyəsi, eksperimental mexanika, elastiklik və plastiklik nəzəriyyəsi, mexaniki sistemlərin dayanıqlığı, nanomexanika, xüsusi təyinatlı nasoslar, kompressor və kompressor stansiyaları, nasos stansiyalarının avadanlıqları, boru kəmərlərinin hesabı və layihələndirilməsi və s. fənnlər tədris olunur.