Alman mühəndislik Mexatronika

Kafedra müdiri




  Mexatronika kafedrasının müdiri, t.e.d., professor
  Çələbi İftixar Qurbanəli oğlu

  E-poçt: i_chalabi@aztu.edu.az

 

Çələbi İftixar Qurbanəli oğlu 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtonəqliyyat fakültəsinin avtomobillər və avtomobil təsərrüffatı ixtisasında təhsil alıb.

1986-cı ildə ali təhsilini başa vurduqdan sonra 1991-ci ilə qədər Oğuz rayonunun bir sıra müəssisələrində (Oğuz rayon mexanikləşdirmə müəssisəsi, Oğuz rayon heyvandarlıq sənaye birliyi, Oğuz rayon avtonəqliyyat müəssisəsi) mühəndis kimi fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) aspiranturasına daxil olub. 1995-ci ildə aspiranturanı uğurla başa vurduqdan sonra həmin universitetin Maşın hissələri kafedrasında əvvəlcə baş laborant, qısa müddətdən sonra isə assistent kimi fəaliyyətə başlayıb. 1998-ci ildə texniki elmlər namizədi elmi dərəcəsi alıb. O, 1999-cu ildə həmin kafedrada baş müəllim, 2003-cü ildə isə dosent vəzifəsinə seçilib.

1995-1996-cı illərdə Almaniyanın DAAD təşkilatının dəvəti ilə Maqdeburq Universitetinin Maşınların Konstruksiya Edilməsi İnstitutunda elmi ezamiyyətdə olub.

O, 2001, 2004, 2013 və 2017-ci illərdə DAAD tərəfindən Rostok, Ştutqart, Braunşvayq və Maqdeburq universitetlərinə elmi tədqiqatlar üçün dəvət alıb.

2006-cı ildə Almaniyanın Aleksandr Humboldt fondunun təqaüdünə layiq görülüb. Həmin fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart universitetinin Maşın Elementləri İnstitutunda elmi tədqiqat işləri aparıb. 2011-2012-ci illərdə o, həmin fondun dəvəti ilə yenidən Xemnitz Universitetində 3 aylıq elmi ezamiyyətdə olub. Aleksandr Humboldt fondu ilə əməkdaşlığı davam etdirən İftixar Çələbi 2015-ci ildə Braunşvayq Universitetində, 2019-cu ildə isə Münxen Texniki Universitetində elmi ezamiyyətdə olub.

Onun Almaniyada 8 elmi məqaləsi çap olunub.

2022-ci ildə texnika elmləri doktoru elmi dərəcəsi alıb.

2019-2021-ci illərdə AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri, 2022-2023-cü illərdə AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.

2023-cü il 19 sentyabr tarixindən AzTU-nun Mexatronika kafedrasının müdiridir.

60-dək elmi məqalənin, 5 patentin və 4 dərs vəsaitinin müəllifidir.

Ailəlidir, bir oğlu var.