Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Handex” MMC-də “Süni intellekt: M365 Copilot-un analitikada rolu” mövzusunda master klass keçirilib.
Məqsəd tələbələrin real iş və sənaye mühitini yaxından tanıması, müəssisələrdə gedən proseslərlə yerində tanış olması və müasir proqram texnologiyalarının tətbiqini praktiki olaraq izləməsidir.
Şirkətin direktoru Rəşad Qurbanov tələbələrə süni intellekt texnologiyalarının müasir biznes mühitində tətbiqi, xüsusilə məlumatların təhlili və qərar qəbuletmə prosesində “M365 Copilot” alətinin imkanları haqqında geniş məlumat verib. Təqdimatda süni intellekt əsaslı analitik vasitələrin məlumatların emalı, hesabatların hazırlanması və idarəetmə qərarlarının daha effektiv qəbul edilməsində rolu izah edilib.