Kafedra 1951-ci ildə Sənaye iqtisadiyyatı adı altında yaradılıb. Bu günə kimi kafedra müxtəlif adlar altında fəaliyyət gösrərib.
Sonralar kafedra İstehsalın iqtisadiyyatı, təşkili və planlaşdırılması adlandırılıb. 1980-ci ildə kafedra bölünərək iki kafedra: Sənayenin iqtisadiyyatı və menecment kafedrası və İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrası yaradılıb.
Azərbaycan Texniki Universitetinin Elmi şurasının 15 iyul 2020-ci il tarixli qərarı ilə Sənaye iqtisadiyyatı və menecment və İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedraları birləşərək İqtisadiyyat kafedrası yaradılıb. Elmi şuranın 03 fevral 2021-ci il tarixli qərarı ilə İqtisadiyyat kafedrasının adı dəyişdirilərək İqtisadiyyat və statistika kafedrası adlandırılıb.
2025-ci ildə İqtisadiyyat və statistika kafedrasının bazsında 3 kafdera yardılmışdır, onlardan biri Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasıdır. Kafedrada 2 ixtisas üzrə bakalavr, 2 ixtisas (8 ixtisaslaşma) üzrə magistr, doktorantura səviyyəsində isə 2 istiqamət üzrə fəlsəfə və elmlər doktorları hazırlığı həyata keçirilir. Bu isə kafedranın çoxpilləli və sistemli təhsil modelinə malik olduğunu göstərir.
Kafedrada tədris prosesi müasir təhsil standartlarına uyğun şəkildə təşkil olunur. Tədris proqramları əmək bazarının tələbləri və elmi yeniliklər nəzərə alınmaqla daim yenilənir. Tələbələrə həm nəzəri biliklər, həm də praktik bacarıqlar qazandırılır ki, bu da onların gələcək peşə fəaliyyətində uğur qazanmasına şərait yaradır.
Kafedranın əməkdaşları yüksək ixtisaslı, zəngin elmi və pedaqoji təcrübəyə malik professor-müəllim heyətindən ibarətdir. Onlar elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, tələbələrin bilik və bacarıqlarının formalaşmasında da mühüm rol oynayırlar. Professor-müəllim heyətinin peşəkarlığı və məsuliyyətli yanaşması tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Kafedra həmçinin elmi konfranslar, seminarlar və müxtəlif layihələr vasitəsilə elmi fəaliyyətini genişləndirir. Bu fəaliyyətlər tələbələrin elmi araşdırmalara cəlb olunmasına və onların akademik inkişafına müsbət təsir göstərir.
Kafedranın məqsədi
Kafedra Menecment və Beynəxalq ticarət və logistika ixtisasları üzrə mütəxəssis hazırlayır və bu sahələr üzrə elmi-tədqiqat işləri aparır.