Fakültənin təqdimatı
Ölkəmizdə iqtisadi məsələləri dərindən bilən və onu həyata keçirmək qabiliyyətinə malik olan, menecment və biznes sahəsində yüksəkixtisaslı kadrlar tələb olunurdu. Məhz bu ehtiyacı nəzərə alaraq 1995-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) Mühəndis biznesi və menecment fakültəsi yaradılıb.
2019-cu ildə universitetdə aparılan islahatlar nəticəsində kafedrada struktur dəyişikliyi edildi və AzTU-nun Elmi şurasının qərarı ilə fakültənin adı dəyişdirilərək İqtisadiyyat və idarəetmə adlandırıldı. AzTU-nun bu fakültəsi iqtisadiyyat və menecment sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, texniki (mühəndis) fakültələrin tələbələrinin təşkilati-iqtisadi hazırlığının gücləndirilməsi vəzifəsini yerinə yetirir.
Təhsil Azərbaycan və rus dillərində aparılır.
Fakültənin nəzdində 4 kafedra fəaliyyət göstərir:
• İqtisadiyyat və statistika
• Beynəlxalq ticarət, logistika və marketinq
• Xarici dillər
• Humanitar fənlər
Hazırda fakültənin nəzdində fəaliyyət göstərən 4 kafedrada 6 ixtisas üzrə bakalavr və 3 ixtisas (13 ixtisaslaşma) üzrə magistr səviyyəsində kadr hazırlığı həyata keçirilir.
Kafedralarda aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri yerinə yetirilir:
• Azərbaycanda logistika sisteminin iqtisadi və sosial səmərəliliyinin artırılması istiqamətləri;
• Müasir dövrdə xarici dillərin mənimsənilməsinin metodologiyası, inkişafı, mənimsənilməsi aspektləri;
• Yeni çoxdilli lüğətlər, proqramlar, metodik və dərs vəsaitlərin tərtibi;
• Dil nəzəriyyəsinin müxtəlif aspektləri;
• Dil, mədəniyyət, təfəkkür, davranış və sosial fəaliyyətin bir-biri ilə sıx əlaqəsi və bunlar arasındakı təsir üsulları;
• Azərbaycanda ictimai, iqtisadi, siyasi inkişaf və ərazi bütövlüyünün bərpası (1991- 2020-ci illər) ;
• Azərbaycanın ictimai - fəlsəfi fikir tarixində multikulturalizm, geosiyasi və geostrateji konfiqurasiyanın dəyişməsinin sosial-fəlsəfi aspektləri.
Fakültənin kafedraları respublikanın müxtəlif istehsalat müəssisələri və xarici ölkə universitetləri ilə əməkdaşlıq edir.