Kafedra ilk olaraq İqtisadi nəzəriyyə və iqtisadiyyatın dövlət tənzimlənməsi adı ilə müstəqil kafedra kimi 1953-cü ildə təşkil olunub. Sonradan bu kafedra 1990-cı ilə qədər Siyasi iqtisad adı altında fəaliyyət göstərib.
Daha sonra İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrası 2013-cü ildə mövcud İqtisadi nəzəriyyə və iqtisadiyyatın dövlət tənzimlənməsi və Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedralarının birləşməsi əsasında yaradılıb.
15 iyul 2020-ci il tarixindən kafedra Beynəlxalq ticarət və marketinq adı ilə fəaliyyət göstərib.
Elmi şuranın qərarı ilə 03 fevral 2021-ci tarixində Beynəlxal ticarət və marketinq kafedrasının adı yenidən dəyişdirilərək Beynəlxal ticarət, logistika və marketinq adlandırılıb.
Kafedra ümumuniversitet kafedrası olaraq bütün fakültələrin tədris prosesində iştirak edir.
Kafedrada bakalavr səviyyəsində 24, magistr səviyyəsində 5 fənn tədris olunur.
Hazırda kafedrada 13 müəllim, 3 tədris-köməkçi heyəti çalışır.