Azərbaycan Texniki Universiteti (AzTU) Elmi Şurasının 03 fevral 2021-ci il tarixli qərarı əsasında Azərbaycan dili və pedaqogika və İctimai fənlər kafedraları birləşdirilib və iki kafedrranın bazasında Humanitar fənlər kafedrası yaradılıb.
1991-ci ilin mayında Elmi Şuranın qərarı əsasında Azərbaycan və rus dilləri kafedrasının bazasında iki kafedra - Azərbaycan dili və pedaqogika və Rus dili və pedaqogika kafedraları yaradılıb. Daha sonra bu 2 kafedra da birləşib və Tarix, Fəsəfə kafedraları da daxil olmaqla bir neçə kafedranın bazasında İctimai fənlər kafedrası yaradılıb.Həmin kafedra İctimai fənlər adı ilə 2021-ci ilə kimi fəaliyyət göstərib.
Qeyd edək ki, İctimai fənlər kafedrası 1958, 1963,1989,1991, 1992, 2015-ci illərdə Sov. İKP tarixi, XX əsrin siyasi tarixi, Tarix, Fəlsəfə, Politologiya, Fəlsəfə və politologiya adları ilə də fəaliyyət göstərib. Həmən illərdə bu kafedralara prof.Salman Qarayev, professor Məmməd Abbasov, prof. Şikar Qasımov, prof. Qabil Hüseynli, prof. Fərrux Ramazanov və prof. Əyyub Kərimov rəhbərlik edib.
Kafedranın AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Tarix İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Folklor İnstitutu ilə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azəörbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və K.İ. Satpayev adına Qazax Milli Texniki Araşdırma Universitetinin müvafiq kafedraları ilə, o cümlədən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əlaqələri mövcuddur.
Kafedra ümumuniversitet kafedrası olaraq bütün fakültələrin tədris prosesində iştirak edir və kafedranın tərkibinə daxil olan fənlər universitet üzrə hazırlanan bütün ixtisaslarda tədris olunur. Bu əsasda kafedrada əməkdaşları tərəfindən bakalavriat səviyyəsində 6, magistratura səviyyəsində 3, əcnəbilərin hazırlıq kursunda isə 2 fənn tədris olunur.