XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Humanitar fənlər kafedrasının müəllimləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində xüsusi dərslər təşkil ediblər

2025-05-01
51
Xəbərlər

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Hüquqi dövlətçilik və suverenlik dəyərlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olan bu qərar mahiyyət etibarilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, sərhədlərinin toxunulmazlığının təmin edildiyi, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün ifadəsi kimi səslənir.

Bütün bu nüansları nəzərə alaraq Humanitar fənlər kafedrasının əməkdaşları – fil.ü.f.d., dosent Həbib Mirzəyev, fil.ü.f.d., dosent Afaq Əsgərova, fil.ü.f.d., dosent Pərvanə Məmmədova, fil.ü.f.d., dosent Şəfiqə Məhərrəmova, fil.ü.f.d., müəllim Pərvin Abdullabəyova, baş müəllim Zarina Tağıyeva, baş müəllim Zeynəb Məmmədzadə bakalavriat səviyyəsinin  1224r2, 1224a2, 2224r, 6224r, 6324r, 6424a1, 6524r qruplarında “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” və “Azərbaycan tarixi”, əcnəbi tələbələrin A3, A4 hazırlıq qruplarında isə “Azərbaycan dili” və “Azərbaycanşünaslıq” fənləri üzrə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin qorunması və daha da möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda xüsusi dərslər təşkil ediblər.

Dərs zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin, o cümlədən torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq fotolar və videoçarx nümayiş etdirilib.

Daha sonra “Konstitusiya və Suverenlik İli”, onun mahiyyəti və əhəmiyyəti haqqında məlumat verilib, suverenliyin qorunması və daha da möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin roluna dair əhəmiyyətli fikirlər səsləndirilib.

Mövzu ətrafında tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mövzu ilə bağlı tələbələrin hazırladıqları prezentasiyalar təqdim olunub, şeirlər səsləndirilib.