![]() |
Humanitar fənlər kafedrasının müdiri
Həbib Adil oğlu Mirzəyev 1961-ci il dekabr ayının 14-də Yardımlı rayonunda qulluqçu ailəsində anadan olub. Orta təhsilinin 1968-78-ci illərdə Yardımlı rayon M.F.Axundov adına 1 saylı orta məktəbdə alıb. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin filologiya fakültəsinə daxil olub, 1984-cü ildə oranı Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Yardımlı rayonunda 2 saylı orta məktəbdə müəllimliklə başlayıb. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1987-1991-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Mənzil Kommunal İdarəsində təşkilatçı-müəllim vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında laborant, baş laborant işləyib. 1996-cı ildə kafedranın müəllimi, 2003-cü ildə isə baş müəllimi işləyib. 2005-ci ildən kafedranın dosentidir. 2011-2021-ci ilin fevralına qədər Azərbaycan dili və pedaqogika kafedrasına rəhbərlik edib. 2021-ci ilin fevral ayında AzTU-nun Elmi Şuarasının qərarı ilə Azərbaycan dili və pedaqogika kafedrası ilə İctimai fənlər kafedrası birləşdirilərək onların bazasında Humanitar fənlər kafedrası yaradılıb və Həbib Mirzəyev həmin kafedranın müdiri vəzifəsinə təyin edilib. 2001-ci ildə respublikanın görkəmli terminoloq alimi, professor Məmməd Qasımovun və professor Müseyib Məmmədovun elmi rəhbərliyi altında “Azərbaycan dilində kargüzarlıq terminləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək AAK-ın qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. “Hüseyn Arif poeziyasının dil və janr məsələləri” mövzusunda doktorluq dissertasiya işini tamamlayıb. Dissertasiya mövzusu üzrə 50-dən artıq elmi əsərin müəllifidir. 12 məqalə xaricdə, 8 isə beynəlxalq konfrans materiallarında çap edilib. Web of Science bazasına daxil olan jurnallarda 3, İmpakt faktorlu jurnallarda isə 1 məqaləsi dərc edilib. 150 yaxın elmi-metodik əsərin, o cümlədən 1 dərslik, 5 dərs vəsaiti, 4 monoqrafiya, 1 lüğət, 9 metodik vəsaitin müəllifidir. Mütəmadi olaraq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda və Bakı Slavyan Universitetində müdafiəyə təqdim edilən dissertasiya işlərinə opponentlik edir. H.A.Mirzəyev Azərbaycan Texniki Universitetinin,İqtisadiyyat və idarəetmə fakültəsinin elmi şuralarının üzvüdür. Universitet üzrə Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini və Etik Davranış Komissiyasının sədridir. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda Yasamal rayonu üzrə Hüseyn Cavid 25 ərazi təşkilatı idarə heyyətinin üzvüdür. Ailəlidir, 2 övladı var. |