Humanitar fənlər kafedrasının müəllimləri - f.ü.f.d., dosent Nailə Şirinova, fil.ü.f.d., dosent Aynur Fərəcova, fil.ü.f.d., dosent Pərvanə Məmmədova, t.ü.f.d., dosent Arzu Xəlilzadə, t.ü.f.d., dosent Elmira İsmayılova, fil.ü.f.d., dosent Günel Hüseynova, fil.ü.f.d., dosent Nigar Həsənova, fil.ü.f.d., baş müəllim Güntəkin Musayeva, baş müəllim Sonaxanım İmamova, baş müəllim Zeynəb Məmmədzadə, müəllim Vüsalə Cəfərzadə, müəllim Nuranə Hüseynova, müəllim Nurdan Əsədova, müəllim Ayşən İsmayıllı bakalvriat səviyyəsində (“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Azərbaycan tarixi”) və əcnəbi vətəndaşların hazırlıq qruplarında (“Azərbaycan dili” və “Azərbaycanşünaslıq”) Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər təşkil ediblər.
Dərs zamanı Xocalı soyqırımı qurbanlarının, o cümlədən ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı qətliamını əks etdirən fotolar və videçarx nümayiş etdirilib. Həmçinin faciə ilə bağlı tələbələrin hazırladıqları prezentasiyalar təqdim olunub, şeirlər səsləndirilib.