Kafedra 1951-ci ildə Sənaye iqtisadiyyatı adı altında yaradılıb. Bu günə kimi kafedra müxtəlif adlar altında fəaliyyət gösrərib.
Sonralar kafedra İstehsalın iqtisadiyyatı, təşkili və planlaşdırılması adlandırılıb. 1980-ci ildə kafedra bölünərək iki kafedra: Sənayenin iqtisadiyyatı və menecment kafedrası və İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrası yaradılıb.
Azərbaycan Texniki Universitetinin Elmi şurasının 15 iyul 2020-ci il tarixli qərarı ilə Sənaye iqtisadiyyatı və menecment və İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedraları birləşərək İqtisadiyyat kafedrası yaradılıb. Elmi şuranın 03 fevral 2021-ci il tarixli qərarı ilə İqtisadiyyat kafedrasının adı dəyişdirilərək İqtisadiyyat və statistika kafedrası adlandırılıb.
2025-ci ildə İqtisadiyyat və statistika kafedrasının bazsında 3 kafdera yardılmışdır, onlardan biri Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasıdır. Kafedrada 3 ixtisas üzrə bakalavr, 1 ixtisas (3 ixtisaslaşma) üzrə magistr, doktorantura səviyyəsində isə 2 istiqamət üzrə fəlsəfə və elmlər doktorları hazırlığı həyata keçirilir. Bu isə kafedranın çoxpilləli və sistemli təhsil modelinə malik olduğunu göstərir.
Rəqəmsal İqtisadiyyat və maliyyə texnologiyaları kafedrasında tədris prosesi müasir ali təhsil standartlarına və qlobal akademik tendensiyalara uyğun şəkildə təşkil olunur. Kafedrada həyata keçirilən tədris proqramları əmək bazarının tələbləri, iqtisadiyyatın rəqəmsallaşması prosesi və elmi yeniliklər nəzərə alınmaqla mütəmadi olaraq yenilənir və təkmilləşdirilir. Tədris prosesində tələbələrə fundamental nəzəri biliklərlə yanaşı, analitik düşüncə, rəqəmsal bacarıqlar və praktiki tətbiq imkanları qazandırılması əsas prioritetlərdən biridir. Bu yanaşma məzunların müasir iqtisadi mühitdə rəqabət qabiliyyətli mütəxəssis kimi formalaşmasına və gələcək peşə fəaliyyətində uğur qazanmasına əlverişli şərait yaradır.
Kafedrada bakalavr səviyyəsində maliyyə, iqtisadiyyat və statistika ixtisasları üzrə mütəxəssislər hazırlanır. Bu proqramlar tələbələrə maliyyə sisteminin fəaliyyəti, iqtisadi proseslərin təhlili, statistik məlumatların emalı və qərar qəbuletmə proseslərində analitik metodların tətbiqi üzrə geniş bilik və bacarıqlar qazandırır. Magistratura səviyyəsində isə ekonometrika, iqtisadi-riyazi modelləşdirmə və beynəlxalq iqtisadiyyat ixtisasları üzrə təhsil həyata keçirilir. Bu istiqamətlər iqtisadi proseslərin riyazi modellər vasitəsilə təhlili, statistik və ekonometrik metodların tətbiqi, qlobal iqtisadi sistemin öyrənilməsi və analitik qərarvermə bacarıqlarının inkişafına yönəlmişdir.
Kafedra həmçinin doktorantura (PhD) səviyyəsində ekonometrika və texnoloji innovasiyalar iqtisadiyyatı ixtisasları üzrə yüksək ixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirir. Bu proqramlar çərçivəsində iqtisadi proseslərin dərin elmi təhlili, innovasiya və texnologiyaların iqtisadi inkişafa təsiri, eləcə də müasir analitik və tədqiqat metodlarının tətbiqi istiqamətində fundamental və tətbiqi araşdırmalar aparılır.
Kafedranın professor-müəllim heyəti yüksək ixtisaslı, zəngin elmi və pedaqoji təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Onlar tədris fəaliyyəti ilə yanaşı, fəal elmi-tədqiqat işləri aparır, beynəlxalq və yerli elmi jurnallarda məqalələrlə çıxış edir, müxtəlif layihə və proqramlarda iştirak edirlər. Professor-müəllim heyətinin peşəkarlığı və məsuliyyətli yanaşması tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə, analitik düşüncə tərzinin formalaşmasına və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verir.
Kafedra elmi fəaliyyətin inkişafına da xüsusi önəm verir. Müxtəlif elmi konfranslar, seminarlar, dəyirmi masalar və layihələr təşkil edilir, tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması təşviq olunur. Bu tədbirlər tələbələrin tədqiqat bacarıqlarının formalaşmasına, onların akademik və peşəkar inkişafına müsbət təsir göstərir.
Beləliklə, Rəqəmsal İqtisadiyyat və maliyyə texnologiyaları kafedrası müasir iqtisadi çağırışlara cavab verən, analitik düşüncəyə malik, rəqəmsal və innovativ biliklərlə təchiz olunmuş mütəxəssislərin hazırlanmasına yönəlmiş dinamik və inkişaf edən akademik mərkəz kimi fəaliyyət göstərir.