Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət komanda HEC Montréal tərəfindən “ERPsim Lab” vasitəsilə təşkil edilən "İstehsalatda davamlılıq" mövzusunda keçirilən intensiv “ERPsim SAP” müsabiqəsində böyük səylə iştirak edib.
AzTU komandası SAP proqram təminatından istifadə edərək virtual istehsalat şirkətini idarə edib və planlaşdırma, satınalma, istehsal, satış, marketinq və davamlılıq sahələrində strateji qərarlar qəbul edib.
Bu interaktiv təcrübə tələbələrə müəssisə resurslarının planlaşdırılması (ERP) sistemləri ilə praktik işləmə imkanı yaratmaqla yanaşı, onların komanda işi bacarıqlarını, analitik düşüncə qabiliyyətlərini və strateji qərarvermə bacarıqlarını gücləndirib.
Qeyd edək ki, komandanın üzvləri Dr. İqor R. Nəsirov (komanda rəhbəri), Emil Gəbəkbayov (kapitan), Sübhan Eyvazlı, Nərmin Süleymanova, Cala Süleymanova və Mirilğar Abbasovdur.