İqtisadiyyat və idarəetmə

Beynəlxalq ticarət və logistika




Beynəlxalq ticarət və logistika ixtisası beynəlxalq ticarət əməliyyatlarının və beynəlxalq

yükdaşımalarının həyata keçirilməsinin təşkili və texnikası ilə bağlı nəzəri biliklər və praktiki bacarıqlar verən ixtisasdır. Bu ixtisas üzrə əldə edilən biliklər mütəxəssislərə nəqliyyat növlərinin seçilməsi, marşrutun optimallaşdırılması, yükləmə-boşaltma işlərinin təşkili, anbarlaşdırma barədə zəruri qərarlar qəbul etmək imkanı verir.

Bu ixtisasdan məzun olanlar nəqliyyat-logistika mərkəzində, gömrük işində, limanlarda, nəqliyyat və nəqliyyat-ekspedisiya, idxal və ixracla məşğul olan müəssisələrdə, yerli və beynəlxalq şirkətlərin nəqliyyat və təchizat bölmələrində işləyə bilərlər.

Tədris planı