Statistika cəmiyyətdə baş verən bütün prosesləri iqtisadiyyatda, mədəniyyətdə, əhalinin həyat səviyyəsində, ictimai həyatın formalaşmasında bütün dəyişiklikləri xarakterizə edir. Statistikanın əsas obyekti cəmiyyət və onun daxilində gedən proseslər və inkişaf nümunələridir. Statistika müasir iqtisadiyyatda, maliyyədə, menecmentdə peşəkar səviyyədə formalaşmasında baza kimi çıxış edir. Bu sahə bizi gələcəyə doğru aparır. Çünki bugünkü vəziyyət bizə dövrün necə olduğunu göstərir. Bugünün aktual məsələlərini (siyasi, iqtisadi) təhlil etməsək, biz gələcəyə irəliləyə bilmərik. Həmçinin günümüzdə “Data Analitika” sahəsinin inkişafı, bu sahə üzrə ixtisaslı kadrlara qlobal olaraq tələbatın çoxalması, statistika elminin aktuallığını bir daha vurğulayır. Çünki böyük həcmli dataların analizini statistika elmi üzrə biliklər olmadan həyata keçirmək qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq sahəni  yüksək perspektivli sahələrdən biri hesab etmək olar. 

Tədris planı