Industrial economics and management

Ölkəmizin iqtisadi inkişaf strategiyası yeni dövrün çağırışlarına uyğun olaraq, iqtisadi məsələləri dərindən bilən, müasir idarəetmə və biznes prinsiplərinə bələd olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri etmişdir. Məhz bu ehtiyacı nəzərə alaraq, 1995-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) Mühəndis biznesi və menecment fakültəsi yaradılmışdır.

2025-ci ildə universitetdə həyata keçirilən struktur islahatları nəticəsində Elmi Şuranın qərarına əsasən onun adı Sənaye iqtisadiyyatı və menecment fakültəsi adlandırılmışdır.

Sənaye iqtisadiyyatı və menecment fakültəsinin əsas məqsədi sənaye və biznes sektorlarında fəaliyyət göstərə bilən, iqtisadi prosesləri təhlil etməyi bacaran, analitik və innovativ düşüncəyə malik mütəxəssislər hazırlamaqdır.

Fakültə, eyni zamanda texniki profilli fakültələrin tələbələrinə təşkilati-iqtisadi biliklərin dərinləşdirilməsi, menecment bacarıqlarının formalaşdırılması və sənaye iqtisadiyyatında innovativ idarəetmə üsullarının mənimsədilməsi istiqamətində də dəstək göstərir.

Fakültənin nəzdində fəaliyyət göstərən kafedraların elmi-tədqiqat istiqamətləri aşağıdakılardır:

  • Sənaye müəssisələrinin səmərəliliyinin artırılması

·         İstehsal proseslərinin rəqəmsallaşdırılması və “Sənaye 4.0” texnologiyalarının tətbiqi

·         Resurslardan səmərəli istifadə və yaşıl (dayanıqlı) sənaye inkişafı

  • İdarəetmə sistemlərinin təkmilləşdirilməsi
  • İnnovativ iqtisadiyyat və dayanıqlı inkişaf problemləri

·         Rəqəmsal iqtisadiyyatın formalaşması və onun iqtisadi artıma təsiri

·         Süni intellekt və böyük verilənlərin (Big Data) iqtisadi qərar qəbuletmədə rolu

·         Sənaye sahələrində logistika və təchizat zəncirinin idarə edilməsi

·         Elektron kommersiya və elektron ödəniş sistemlərinin inkişaf tendensiyaları

·         Marketinqdə yeni texnologiyalar və istehlakçı davranışlarının dəyişməsi 

Fakültənin nəzdində aşağıdakı kafedralar fəaliyyət göstərir:

Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları

Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat

Biznesin idarə edilməsi

Humanitar fənlər

Xarici dillər