Azərbaycan Texniki Universitetinin Karyera və Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilən bu sorğu, istehsalat təcrübəsini başa vurmuş tələbələrin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları, eləcə də ümumi məmnuniyyət səviyyələrini qiymətləndirmək məqsədi ilə hazırlanmışdır. Eyni zamanda, sorğu karyera planlamasının düzgün aparılması, tələbə və məzunlarımızın maraq və ehtiyaclarını daha yaxından tanımaq məqsədini daşıyır.

Toplanacaq məlumatlar tələbə və məzunlara fərdi yanaşmanı təmin etməyə, uyğun təcrübə və iş imkanları təqdim etməyə, eləcə də Karyera və Məşğulluq Mərkəzinin fəaliyyətini daha məqsədyönlü şəkildə planlaşdırmağa xidmət edəcəkdir.

https://docs.google.com/forms/d/e/1FAIpQLSd7PWQO33QIYS4onhVDzmDC3CPHN9DJDxJ2I-pooABoV4AlIw/viewform?usp=header

 

Məzun anketi 2025 - Karyera planlamasının düzgün aparılması üçün tələbə və məzunlarımızın maraq və ehtiyaclarını daha yaxından tanımaq vacibdir. Bu məqsədlə Azərbaycan Texniki Universiteti Karyera və Məşğulluq Mərkəzi tərəfindən xüsusi sorğu anketi hazırlanmışdır.

Sorğunun əsas məqsədi iştirakçıların ixtisas və maraqlarını, karyera hədəflərini və əmək bazarı ilə bağlı gözləntilərini müəyyən etməkdir. Toplanacaq məlumatlar tələbə və məzunlara fərdi yanaşmanı təmin etməyə, uyğun təcrübə və iş imkanları təqdim etməyə, həmçinin Karyera və Məşğulluq Mərkəzinin fəaliyyətini daha məqsədyönlü planlaşdırmağa xidmət edəcək.

Sorğuda iştirak könüllüdür və təqdim edilən məlumatlar yalnız karyera dəstəyi məqsədilə istifadə olunacaq.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdB2Ur60jyDt83nsSdtEb8rwPVXo6kZ0wk86eCWzqg0DAZpzw/viewform?usp=header