Keyfiyyətin təminatı

Akkreditasiya




Akkreditasiya  təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedurdur.

Akkreditasiya prosesi institusional və proqram olmaqla iki növə ayrılır. 

1. İnstitusional akkreditasiya

Təhsil müəssisəsinin akkreditasiyası onun fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır. Proses təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 5 ildən bir həyata keçirilir. Müvafiq keyfiyyət sənədinin – şəhadətnamənin verilməsi ilə başa çatır.

İntitusional akkreditasiyanın yekun hesabatı

İntitusional akkreditasiya sertifikatı

2. Proqram akkreditasiyası

Təhsil müəssisələrinin akkreditasiyasının ikinci növü proqram akkreditasiyasıdır. Proqram akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara əsasən təşkil olunur. Təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirir. Hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır. Proqram akkreditasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən, həmçinin Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyaya (ENQA) üzv olan qurumlar tərəfindən keçirilə bilər.

Akkreditasiyadan keçmiş proqramların hesabatları