Keyfiyyətin təminatı

Azərbaycan Texniki Universitetinin Elmi şurasının 17 dekabr 2021-ci il tarixli iclas qərarının 3 saylı protokolundan çıxarışa əsasən 18 may 2022-ci il tarixində Keyfiyyətin idarə edilməsi şöbəsinin adı dəyişdirilərək Keyfiyyətin Təminatı və Öyrənmə-Öyrətmə Mərkəzi adlandırılmışdır. Mərkəz professor-müəllim heyəti üçün təlimlərin təşkili, tədris, fənn proqramları, sillabuslar və kurrikulumların təkmilləşdirilməsi və keyfiyyət təminatı daxil olmaqla 3 istiqaməti üzrə fəaliyyət göstərmişdir.

Azərbaycan Texniki Universitetinin Elmi şurasının 12 iyul 2023-cü il tarixli iclasının qərarı ilə 23 iyul 2023-cü il tarixində Mərkəzin adı dəyişdirilərək Keyfiyyətin təminatı şöbəsi adlandırılmışdır.

Keyfiyyətin təminatı şöbəsi  Azərbaycan Texniki Universitetinin Nizamnaməsində qeyd olunmuş bütün fəaliyyət istiqamətləri üzrə keyfiyyətin planlaşdırılması, izlənməsi, analiz edilməsi, keyfiyyətə nəzarət və davamlı inkişaf funksiyalarını həyata keçirən tələbəmərkəzli tədris mühitinin dəstəklənməsi, elmi tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması kimi funksiyaları həyata keçirən struktur bölməsidir.